Azərbaycan tərəfindən beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Ukraynanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşılır.
Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor yolu ilə dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenkonun söylədiyi fikirlərlə əlaqədar AzərTAc açıqlamasında bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikası tərəfindən BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində "Ukraynanın ərazi bütövlüyü” adlı 68/268 saylı 2014-cü il 27 mart tarixli qətnamə dəstəklənib.