Bazar günü günü, 08 noyabr 2026
     

"Mən şəxsən Heydər Əliyevin Xeyrəddin Qocaya necə səmimi münasibət bəslədiyini görmüşəm"

Image



"Onları həqiqətən də dostluq telləri bağlayırdı"

Məncə, Xeyrəddin Qocanın təbiətində ən əlamətdar cəhət onun bir jurnalist, bir publisist kimi prinsipiallığı, əzmkarlığı, qorxmazlığıdır. O öz cəsarətli, prinsipial məqalələri ilə Azərbaycan publisistikasının tarixində qalacaqdır. Mən məhz onun 90-cı illərin jurnalistikasından danışmaq istəyirəm, çünki bu sahə mənə daha yaxındır, ikinci tərəfdən də Heydər Əliyev haqqında çoxcildliyimin 5-ci cildində mən Xeyrəddin müəllimin obrazını və onun Heydər Əliyevlə münasibətlərini canlandırmışam.
Xeyrəddin Heydər Əliyev haqqında yazılarını 90-cı ildə Azərbaycanın KİV-lərində çap elətdirməyə başlamışdı. Onda bir çox yazarlar Heydər Əliyevə qarşı törədilən haqsızlıq barəsində danışmağa cürət etmirdilər. Xeyrəddin tam başqa bir insan idi.
1990-cı il iyulun 3-də "Dan ulduzu" qəzetində Xeyrəddin Qocanın "Heydər Əliyevi düşünərkən", elə həmin il iyulun 13-də yenə həmin qəzetdə iki səhifəlik geniş məqalələri, 1990-cı ilin sentyabr ayında isə "Xalq məhəbbəti və böhtançıların aqibəti" adlı materialı dərc olundu. Bu yazılarda respublika mətbuatında bəlkə də ilk dəfə Heydər Əliyev və onun ailəsi haqqında "yenidənqurma" illərində respublika və ittifaq mətbuatının səhifələrində özünə yer tapan uydurmaların çoxu təkzib edilir. Lakin daha əhəmiyyətlisi budur ki, jurnalist həmin məqalələrdə Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində işləyərkən sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində apardığı böyük quruculuq işlərini oxuculara xatırladır.
1990-cı il avqustun 1-də təxminən 80 min nüsxə tirajla çıxan "Vətən səsi" qəzetində dərc edilmiş "Niyə susurlar?" adlı yazıda Xeyrəddin Qoca heyrətlənir: "Necə olur ki, "Komsomolskaya pravda", "İzvestiya", "Arqumentı i faktı" qəzetləri, "İnterfaks" agentliyi, "Azadlıq" radiostansiyası və başqaları Əliyev haqqında materiallar, onunla müxtəlif müsahibələr dərc edir, yerli mətbuat, radio, televiziya isə respublikanın keçmiş rəhbərinin vətənə qayıtması, Naxçıvanın mərkəzində təxminən 80 min nəfərin toplaşdığı möhtəşəm mitinq haqqında, Heydər Əliyevin həmyerliləri tərəfindən səmimi qarşılanması haqqında inadkarlıqla susur?"
Bu ədalətsizliyin aradan qaldırılmasını jurnalist kimi özünə borc sayan Xeyrəddin rəhbəri olduğu "Dan ulduzu" qəzetində Heydər Əliyev fenomeni haqqında məqalələr dərc etməyə başladı. Ümumiyyətlə, 1991-1993-cü illərdə Xeyrəddin Qoca Heydər Əliyev ilə bağlı mifləri və stereotipləri puç edərək müxtəlif dövri nəşrlərdə ("Şərq qapısı", "Açıq söz", "İki sahil", "Millət" və digər qəzetlərdə) Heydər Əliyevi dəstəkləyən çoxlu məqalə dərc etdirmişdir. O, Heydər Əliyevin opponentlərinə və bədxahlarına uzaqgörənliklə cavab verərək yazırdı: "Kimin istəyib-istəməməsindən asılı olmayaraq, Heydər Əliyev siyasi fəaliyyətdədir, xalq üçün böyük işlər görür. Bu, danılması mümkün olmayan həqiqətdir. Əminəm ki, gec-tez Heydər Əliyev həqiqəti dərk olunacaqdır".
Bu yazılarına görə Xeyrəddin Qoca təqib olunur, işlədiyi qəzetlərdən qovulurdu. Bu barədə heç vaxt Heydər Əliyevə şikayət etməmişdi, lakin o, vəfalı jurnalistin işlərindən xəbərdar idi. 1991-ci ilin yayında Heydər Əliyev Kommunist Partiyasından çıxmaq haqqında ərizə vermək üçün Moskvaya getməzdən əvvəl Cəlal müəllimin evində Xeyrəddinlə görüşdü.
- Partiyadan çıxmaq haqqında ərizə verməyə gedirəm, - dedi, - sənin başına gələnləri də yazacağam.
Xeyrəddin əvvəl düşündü ki, o zarafat edir, lakin sonra onun ərizəsinin mətni ilə tanış oldu, orada belə bir cümlə vardı: "Qəzet redaktorları, jurnalistlər mənim Azərbaycandakı çıxışlarımı dərc etdiklərinə görə işdən azad edilir, təqiblərə məruz qalırlar".
Xeyrəddin Qoca dəfələrlə Naxçıvana uçur, Heydər Əliyevin əhatəsində olur, onun işini müşahidə edir və sonra Bakının KİV-lərində bunu təbliğ edirdi. Deyərdim ki, məhz Xeyrəddin Qoca kimi namuslu jurnalistər sayəsində Heydər Əliyevin ətrafında süni yaradılan informasiya blokadası yarıla bildi və belə insanlar ona mənəvi dayaq oldular.
Sonralar "El" qəzetinə verdiyi müsahibədə Xeyrəddin Qoca özü Heydər Əliyevin təmiz adı uğrunda mübarizəsinin motivlərini belə izah edirdi:
"Müxtəlif qəzetlərdə Əliyev haqqında yazılar dərc etməyə bir növ məcbur olmuşdum. Çünki gözüm görə-görə bütün planetdə görkəmli siyasi xadim və nadir dövlət adamı kimi tanınmış Heydər Əliyevin bədxahları onun haqqında keçmiş İttifaq və respublika mətbuatında böhtan və iftiralarla dolu yazılar dərc edirdilər. Özü də bir-birindən yalan "faktları" o "jurnalistlər" uydururdular ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 14 il müddətində işləri-peşələri onu TƏRİFLƏMƏK idi.
Təsadüfi deyil ki, yeni yaradılan "Yeni Azərbaycan" partiyasının mətbu orqanını təşkil etməyi Heydər Əliyev məhz Xeyrəddin Qocaya təklif etmişdi. Onların nə binası vardı, nə də texniki imkanları, lakin Heydər Əliyev tapşırmışdı ki, qəzetin birinci nömrəsi 1993-cü il aprelin 10-da buraxılmalıdır. Həmin gün bütün maneələri dəf edərək "Yeni Azərbaycan" qəzeti fəaliyyətə başlamış, partiyanın lideri isə bu münasibətlə öz təbrikini göndərmişdi.
Həmin tarixi gündən Xeyrəddin Qoca Türkiyədə Baş konsul işləməyə gedənə qədər onun baş redaktoru vəzifəsində çalışdı. Məgər bunları unutmaq olar? Olmaz!
Mən Xeyrəddin Qocayla çoxdan ünsiyyətdəyəm, vaxtı ilə Heydər Əliyevi Türkiyəyə səfərlərində müşayiət edərkən orada onunla təmasda olmuşuq, mən şəxsən Heydər Əliyevin Xeyrəddin Qocaya necə səmimi, isti münasibət bəslədiyini görmüşəm, hiss etmişəm. Onları həqiqətən də dostluq telləri bağlayırdı.
Şadam ki, böyük siyasətçi və istedadlı jurnalist arasında olan bu qeyri-adi dostluq tarixçəsini mən öz kitablarımda əks etdirmişəm və Xeyrəddin Qoca öz dəyərli və səmimi xatirələri ilə çoxcildlik romanımı zənginləşdirib.
Bir dəfə Xeyrəddin mənimlə söhbətində etiraf etmişdi:
"Heydər Əliyev mənim həyatımda heç kəsin oynaya bilməyəcəyi rol oynayıb. Bu insan mənim ən güclü dayağım və köməyim idi. Heydər Əliyevin sayəsində indiyə qədər yaşayıram..."
Mən öz həmkarım və dostuma səmimi-qəlbdən arzu edirəm: yüz il yaşa, yarat, yazılarınla bizi coşdur, silkələ. Çünki cəmiyyətimiz sənin kimi dəyərli insanlara həmişə möhtacdı. Ad günün mübarək, qocalmayan Qocamız!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ