Son günlərin ən çox danışılan mövzusunun qəhrəmanı Lamiyə Quliyevaya bəraət verilib. AzVision-un məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin "01” oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib.