Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev birinci instansiya məhkəməsinin "qərarı”ndan apellyasiya şikayəti verəcək. APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ş. Quliyevin vəkili Arkadi İsraelyan məlumat verib.
Ş. Quliyevlə birlikdə girov götürülmüş Dilqəm Əsgərovun da məhkəmənin "qərarı”ndan apellyasiya şikayəti vermək niyyətində olduğu bildirilir.