Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməsinə başlanılıb.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, artıq "Azadlıq" meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır. Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.
Mühafizəçi Trend-in əməkdaşı ilə söhbətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib.