Almaniya hökuməti ermənilərin saxta «soyqırım» iddialarını tanımaq niyyətində deyil.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı hökumətin açıqlaması Berlində çıxan «Tagesspiegel» qəzetində yer alıb. Alman hökumətinin Sol Partiyanın sorğusuna cavabında, sözügedən "hadisələrin" qiymətləndirməsinin tarixçilərin işi olduğu bildirilir. Açıqlamada həmçinin bunun, əlaqədar ölkələr Türkiyə və Ermənistanın mövzusu olduğu ifadə edilir.
Hökumətin açıqlamasında 24 aprel tarixində hər hansı tədbirin planlaşdırılmadığı da qeyd edilir.