Cümə günü, 26 iyun 2026
     

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hesabat verdi

Image


Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.

Dövlət Komissiyasından Trend-ə daxil olan məlumata görə, görülmüş işlərin yekunları barədə çıxış edən Dövlət Komissiyasının katibi Firudin Sadıqov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və onun İşçi qrupunun hesabat dövründə qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətin davam etdirildiyini bildirib. Əsas vəzifəsi itkinlərin axtarışı, əsir-girov götürülmüş şəxslərin azad olunması, o cümlədən atəşkəsin pozulması və ya digər səbəblərdən həyatını itirmiş insanların meyitlərinin qaytarılması işinin təşkili olan Dövlət Komissiyası beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlıq nəticəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində cari hesabat dövründə 8 humanitar proses həyata keçirib.

Qeyd olunub ki, Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində 2014-cü il sentyabrın 5-də yolu azaraq Ermənistan hərbçilərinin nəzarəti altında olan əraziyə keçmiş və girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Cavid Müzəffərzadə 2014-cü il sentyabrın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib və ailəsinə təhvil verilib.

2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş - 1992-ci il təvəllüdlü Firuz Fərəcovun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilib, lakin Ermənistan tərəfinin pozuculuq fəaliyyəti nəticəsində Firuz Fərəcov 2013-cü ilin avqustunda üçüncü ölkəyə göndərilib.

BQXK-nın yaxından iştirakı ilə Qazax rayonu ərazisində Ermənistanla sərhəd bölgəsində minaya düşərək həlak olmuş və minalanmış ərazidə qalmış 2 Azərbaycan vətəndaşının meyiti ərazidən çıxarılaraq yaxınlarına təhvil verilib. Qazax rayonunun işğal edilmiş Aşağı Əskipara kəndinin ərazisində 2013-cü il oktyabrın 6-da minaya düşdüyü bildirilən bir Azərbaycan vətəndaşının meyitinin çıxarılması ilə bağlı hazırda BQXK ilə müzakirələr aparılsa da, Ermənistanın bu məsələyə laqeyd yanaşması və hətta bu faktı inkar etməsi nəticəsində meyitin tapılıb ərazidən çıxarılması mümkün olmayıb.

Azərbaycan Respublikası isə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, hesabat dövründə 12 ermənini azad edib, saxlanma yerində qəflətən ölmüş bir erməni hərbçisinin meyitini təhvil verib. Proseslər Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində Müdafiə Nazirliyi ilə birlikdə BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.

Eyni zamanda, 2010-cu il yanvarın 10-da üçüncü dövlətin ərazisində yaşamaq niyyəti ilə Azərbaycan Respublikasına qanunsuz keçmiş və o vaxtdan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları olan 5 nəfərdən ibarət Gevorkyanlar ailəsi də aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında qarşı tərəfə təhvil verilib. Lakin, 5 il ərzində respublikamızda beynəlxalq humanitar hüquq normaları çərçivəsində saxlanmış, müasir tipli yaşayış yeri, hər cür məişət texnikası, gündə üç dəfə yeməklə təmin edilmiş, müntəzəm olaraq tibbi müayinə və müalicə almış, daim aidiyyəti beynəlxalq qurumların baş çəkdiyi ailənin qayıtdıqdan sonra erməni xislətinə uyğun olaraq Azərbaycan əleyhinə danışacaqları nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb.

Ötən dövr ərzində Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Aparılmış işlərin nəticəsi kimi 22 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

Hesabat dövründə aparılmış araşdırma zamanı 11 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və barələrində zəruri axtarış-araşdırma işinə başlanıb. 33 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərin isə adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib. 2014-cü il dekabrın 10-na olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. Eyni zamanda, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib.

Hesabat dövründə Komissiyanın beynəlxalq əlaqələri də diqqət mərkəzində saxlanılıb. Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xüsusən də itkin ailələrindən götürüləcək DNT nümunələri və onların saxlanması üzrə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi məqsədilə müvafiq təşkilati tədbirlər görülüb.

Dövlət Komissiyasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov qeyd edib ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanması, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadə edilməsidir. İtkinlər barədə məlumatların toplanması işi BQXK-nın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib və bütövlükdə 3677 sorğu anketi toplanıb, həmin məlumatların bazaya daxil edilməsi isə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılıb.

Hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin götürülməsi və onların saxlanması üçün zəruri işlər aparılır. Bu işin reallaşdırılması məqsədilə ən vacib məsələ toplanmış nümunələrin saxlanması üçün müasir tələblərə cavab verən laborator-mərkəzin yaradılması idi. Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, artıq həmin mərkəz Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında yaradılıb. Müasir tələblərə cavab verən tibb müəssisəsi kimi Milli Təhlükəsizlik Nazirliyinin hospitalı bu iş üçün ideal variant idi. BQXK də yaradılmış şəraiti yüksək qiymətləndirib.

Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxışında bildirib ki, Dövlət Komissiyası və onun İşçi qrupu Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, ermənilər tərəfindən azərbaycanlılara qarşı tarixən həyata keçirilmiş cinayət əməllərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün hücum diplomatiyası taktikasına uyğun olaraq hesabat dövründə də fəaliyyətini davam etdirib, Ermənistanın Azərbaycana təcavüzü, törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının il dönümləri və 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı xarici ölkələrdə və respublikamızda keçirilmiş bir sıra tədbirlərin təşkilinə yardımçı olub və yaxından iştirak edib.

İtaliyanın mədəniyyət mərkəzi olan Milan şəhərində İtaliya və Azərbaycanın bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Azərbaycan həqiqətlərinə, mədəniyyət və ədəbiyyatına həsr edilmiş tədbirlər keçirilib. Tədbirlər Milan şəhər ictimaiyyətinin, ziyalıların, şairlərin, jurnalistlərin diqqət və marağına səbəb olub, İtaliya KİV-lərində geniş işıqlandırılıb.

Fevral ayında Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Belçikanın Brüssel, Niderland Krallığının Haaqa və Amsterdam şəhərlərində Xocalı soyqırımına həsr edilmiş tədbirdə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət faktları barədə iştirakçılara ətraflı məlumat verilib və Komissiyanın nəşr etdiyi materiallar yayılıb. Tədbir Hollandiya kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Dünya Azərbaycanlıları Milli Birliyi tərəfindən İsveçin Malmö şəhərində "Bütöv Azərbaycan televiziyası” kanalının açılışında təmsil olunmuş Dövlət Komissiyasının katibi iştirakçılar qarşısında məruzə edib və Komissiya tərəfindən hazırlanmış materialları, o cümlədən video və fotofaktları televiziyaya təqdim edib.

Dövlət Komissiyası sədrinin tapşırığına əsasən, MTN İctimai Əlaqələr İdarəsinin Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Dövlət Universitetində 2014-cü ilin noyabr və dekabr aylarında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqəti bilməlidir” mövzusunda təşkil etdiyi və kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış konfransın işində Dövlət Komissiyası yaxından iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş III Bakı beynəlxalq kitab sərgi-yarmarkasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaxından iştirak edib. Sərgi-yarmarkaya Komissiya tərəfindən 12 dildə nəşr edilmiş 27 adda nəşriyyat məhsulu - kitablar, CD və DVD-lər çıxarılıb. Məhsullar sərgi-yarmarkada iştirak edən xarici və yerli qonaqların marağına səbəb olub. Sərgidə fəal iştirakına görə Dövlət Komissiyası diplomla təltif edilib.

Dövlət Komissiyası sədrinin göstəriş və tövsiyəsinə uyğun olaraq yeni bir kitab nəşrə hazırlanıb. "Terror: hadisələr, faktlar, sübutlar” adlı kitabda Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə bağlı 1988-ci ildən etibarən yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi prosesində erməni terrorçu-quldur dəstələri tərəfindən həm intensiv hərbi əməliyyatların getdiyi ərazilərdə, həm də həmin ərazilərdən kənarda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş terror əməlləri araşdırılıb. Kitab tərtib edilərkən Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yaradılmış birgə istintaq-əməliyyat qrupunda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında və arxivlərdə toplanmış materiallardan istifadə olunub. Bundan başqa, M.S.Neymət və V.A.Quliyevin "Obcekt armənskoqo terrora – pamətniki materialğnoy kulğturı azerbaydjanskoqo naroda” adlı kitabı fransız, ispan və Çin dillərində çap olunub. Qeyri-maddi mədəni irsimizin ermənilər və başqaları tərəfindən mənimsənilməsinin qarşısının alınması məqsədilə indiyədək bu səpkidə təqdim olunmuş kitablardan tam fərqli olaraq rus dilində dərc etdirdiyimiz "Azərbaycan mətbəxi” kitabı isə türk, ingilis və ispan dillərinə tərcümə edilərək nəşr olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı birləşmələri və Dağlıq Qarabağda yaradılmış erməni-terrorçu quldur dəstələrinin törətdiyi soyqırımı, etnik təmizləmə, vandalizm, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması, insanlığa və bəşəriyyətə qarşı həyata keçirilmiş digər cinayət əməlləri ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində və Dövlət Komissiyasında toplanmış materiallar əsasında MTN-in İctimai Əlaqələr İdarəsi və İctimai Televiziya tərəfindən hazırlanmış "Dünya həqiqətləri bilməlidir” adlı sənədli filmin çəkilişində Komissiyanın İşçi qrupu yaxından iştirak edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi internet səhifəsinin (www.human.gov.az) qlobal şəbəkədə texnoloji yeniliklərlə zənginləşdirilməsi, orada müasir tələblərə uyğun materialların yerləşdirilməsi məqsədi ilə Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, yenidən işlənməsi üçün zəruri tədbirlər görülüb. Hazırda saytın yeni formatda tərtibi işi davam etdirilir.

Hesabat dövründə Dövlət Komissiyasının Azərbaycan, rus, ingilis dillərində 3200 nüsxə materiallar toplusu, 12 dildə nəşr edilmiş 27 adda 13 minə yaxın kitab və Xocalı faciəsini və digər cinayət faktlarını əks etdirən material yazılmış 20 mindən artıq kompakt disk respublikada və xarici ölkələrdə yayılıb. Dövlət Komissiyasının materiallarının yayılmasında Komissiya üzvləri də xüsusi fəallıq göstəriblər. Belə ki, AzərTAc-ın Baş direktoru Aslan Aslanovun təşəbbüsü ilə agentliyin əməkdaşları ABŞ, Çin, Böyük Britaniya, İtaliya, Danimarka, Çexiya və digər ölkələrdə, Zərifə Salahova isə Kuba, Belarus, Hollandiya, İsveçrə və Sinqapurda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə Komissiyanın nəşr etdirdiyi materialların nümayişini və həmin ölkələrdəki beynəlxalq təşkilatlara, dövlət qurumlarına, universitet və mərkəzi kitabxanalara verilməsini təşkil ediblər.

Sonra Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri Fərhad Vahabov MTN və Dövlət Komissiyasının Azərbaycanın milli maraqlarının qorunması istiqamətində gördüyü adekvat tədbirlərdən danışdı.

Məruzələr ətrafında müzakirələrdə Komissiyanın üzvləri Yaqub Mahmudov, İsa Həbibbəyli, Rəbiyyət Aslanova, Azay Quliyev, Çingiz Qənizadə, Oruc Zalov, Əflatun Amaşov çıxış edərək, ağır və eyni zamanda, şərəfli bir missiyanı həyata keçirən Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdiklərini, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə böyük rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

25.06.2026 / 14:22
Prezident "Maliyyə icarəsi haqqında" qanunu təsdiqlədi

25.06.2026 / 14:17
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

25.06.2026 / 14:09
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi

25.06.2026 / 13:25
Daşınmaz əmlak satıldıqdan sonra hansı hallarda geri qaytarıla bilər?

25.06.2026 / 13:12
DÇ-2026 - çempionatlar tarixinə düşən yeni REKORDLAR...

25.06.2026 / 12:46
Yol polisinin qanuni tələbinə tabe olmaq istəməyən Şamaxı sakini qandallandı

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ