Azərbaycan Silahlı Qüvvələrinin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəri ermənilərin növbəti uydurmadır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar: Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır. Ermənilərin növbəti uydurması guya Silahlı Qüvvələrimizin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəridir".