"Qoşunların təmas xəttində baş verənlər ATƏT-in fəaliyyətdə olan sədri, Minsk qrupu həmsədrləri, həmçinin mənim narahatlığım üçün əsas yaradır”.
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.
O, atəşkəsin pozulması zamanı ağır silahlardan istifadə və sərhəd və təmas xəttinə müdaxilə ilə bağlı xəbərlər aldığını bildirib: "Həmçinin həmin ərazilərdə tələfat barədə də məlumatlar var. Mənim ofisim yanvarın 14-də təmas xəttində monitorinq aparıb. Mən şəxsən bu monitorinqdə iştirak edə bilməmişəm, çünki Vyanada ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdəydim. Qayıtdıqdan sonra vəziyyəti monitorinq etmək üçün Dağlıq Qarabağ və İrəvana səfər etdim. Bakıya da gələcəyəm. Hadisələrin gedişi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrini və Minsk qrupu həmsədrlərini məlumatlandırmaqda davam edəcəyəm”.