2015-ci ildə Valeri Çeçelaşvilinin GUAM-ın baş katibi qismində mandatı başa çatır. Bunu cümə günü Trend-ə V.Çeçelaşvili deyib. Onun sözlərinə görə, GUAM-ın baş katibi vəzifəsini Azərbaycandan olan diplomat tutacaq. V.Çeçelaşvili söhbətin kimdən getdiyini açıqlamayıb.