Cümə axşamı günü, 01 oktyabr 2026
     

Iqlim dəyişməsinin bütün dünyaya dağıdıcı təsiri başladı

Image


Barəsində illərdir söz açılan iqlim dəyişikliklərinin dünya üçün daha böyük təhdid olması artıq əyani misallarla özünü qabarıq büruzə verir. Belə ki, dünyanın bir çox hissəsində sel və daşqınlar olduğu halda, digər ərazilər quraqlıqdan, yanğınlardan əziyyət çəkir.

“Financial Times” qəzeti  məsələ ilə bağlı yazır ki, ötən ay Çinin Henan vilayətində daşqınlarda azı 302 nəfər həlak olub. Ekstremal hava şəraitinin səbəblərini təhlil edən ekspertlər qrupu qarşısında iki əsas sual dayanır: iqlim dəyişikliyinin bu fəlakətin baş verməsində rolu olubmu, yaxud onu pisləşdiribmi? Məqalədə deyilir ki, son iki ayda aşırı meteoroloji hadisələr iqlim dəyişikliyinin, orta temperaturun artmasının nəticəsi hesab oluna bilər: “Relyef forması, insan seçimi, təbiətdə dəyişiklik təbii fəlakətə səbəb olur. Məsələn, Kanadanın Litton kəndində temperaturun 49.6 dərəcəyə yüksəlməsinin mənbəyi sayılan Şimali Amerika isti dalğası barədə belə bir nəticə çıxarılıb ki, bu, insanın səbəb olduğu iqlim dəyişikliyi olmadan mümkün deyildi”. Məqalədə son günlərin meşə yanğınlarını detallı model olmadan təhlil etməyin çətinliyi vurğulanır: “Bu yanğınlar kiçik əraziləri əhatələyərək yerli hava şəraitindən də qaynaqlana bilər. Ümumiyyətlə, hava ilə bağlı rekord qıran hadisələr sürətlə artdığından, bir çox tədqiqatçılar daha dəqiq modellərdən istifadənin vacibliyini qeyd edir. Son günlər cənub-şərqi Avropa, Rusiya və Türkiyədə qeyri-adi istilər və güclü küləklər meşə yanğınlarını gücləndirir. Yanğınlar ölkələrə milyonlarla dollar ziyan vurur və minlərlə insan evini tərk edir”.

Qeyd edək ki, Türkiyə ilə yanaşı, dünyanın 40-a yaxın ölkəsi meşə yanğınları ilə mübarizəni davam etdirir. Ekspertlər qeyd edir ki, iqlim dəyişikliyinin təsiri ilə planetin bir neçə yerində baş verən yanğınlar, bütün səylərə baxmayaraq, nəzarət altına alınmır. İtaliya, İspaniya, Yunanıstan kimi Avropa ölkələri, ABŞ, Rusiya, Kanada və Yaxın Şərq ölkələri də daxil olmaqla, 2021-ci ildə baş verən yanğınlar milyonlarla hektar meşəlik ərazini məhv edib. İqlim dəyişikliyinə qarşı tədbir görülməli olduğunu bildirən mütəxəssislər qarşıdakı illərdə daha çox meşə yanğınları ilə üzləşəcəyimizi bildirir. Burada inkişaf etmiş ölkələr də ciddi problemlərlə üzləşir. Məsələn, ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib. Qeyd olunur ki, yanğının qarşısını almaq üçün federal hökumət tərəfindən əlavə vəsait ayrılıb. Hazırda ən böyük təhlükə 112 min hektardan çox ərazini əhatə edən “Dixie” adlanan yanğındır. Yanğın nəticəsində ölənin olmadığı deyilir. Alov Kaliforniyanın şimal-şərqində mindən çox əhalisi olan, 150 il bundan əvvəl təməli qoyulan Qrinvill şəhərindəki binaların çoxunu məhv edib. Rusiya prezidenti Vladimir Putin isə planetin müxtəlif regionlarında baş verən meşə yanğınları ilə bağlı açıqlamasında məhz iqlim dəyişiklliklərinə toxunub. O qeyd edir ki, Rusiyada havanın orta illik temperaturu son 44 ildə qlobal miqyasa nisbətdə 2,8 dəfə artıb: "Mən artıq bu barədə danışmışam və mütəxəssislər bunu yaxşı bilir: Rusiya Federasiyasında orta illik temperaturun yüksəlməsi qlobal miqyasa nisbətdə daha sürətlə baş verir".

Latın Amerikası da iqlim dəyişikliyindən əziyyət çəkir. Məsələn, son 91 ilin ən güclü quraqlığı nəticəsində Braziliyanın ən zəngin ştatı olan San-Paulunun şimal-qərbindəki bəndlər və çaylar quruyub. San-Paulunun şimal-qərb regionunun xeyli hissəsi kritik vəziyyətdədir, fövqəladə iqlim şəraitilə bağlı fəsadlardan əziyyət çəkir. Antarktidanın mülayim havası San-Pauluya birbaşa təsir edir. İqlim balansının pozulması ölkənin hidrologiyasına dağıdıcı təsir göstərir. Nəticədə şəhərlərdə elektrik enerjisi üçün xərclər artır, çünki su elektrik stansiyalarının çənləri boşalır və istilik enerjisi stansiyalarından istifadəni artırmaq lazım gəlir. Braziliyanın Amazonas ştatının paytaxtı Manausda isə bu fonda daşqınlar baş verir. Halbuki, ölkənin cənub-şərqində və mərkəzi qərb hissəsində son 91 ildə ən güclü quraqlıq məhsul itkisi ilə nəticələnir. İqlim böhranı regionda davamlı quraqlığa şərait yaradan La-Ninya kimi atmosfer hadisələrini gücləndirir. Təbii fəlakətlərin monitorinqini aparan və onlar barədə xəbərdarlıq edən milli mərkəzin məlumatına görə, ekstremal quraqlığın dağıdıcı təsiri San-Paulu ştatından şimal-qərbdə yerləşən regionlarda da özünü göstərir. Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin 80 faizi böyük risqlə üz-üzədir. Ekspertlərin proqnozuna görə, uzun sürən quraqlıqla bağlı ağır vəziyyət hələ bir neçə ay davam edəcək.

Alimlər bir çox ölkələrdə ekstremal hava şəraitini yalnız hava anomaliyaları ilə deyil, dünyada proqnozlaşdırıldığından əvvəl başlayan qlobal istiləşmənin fəlakətli nəticəsi ilə əlaqələndirir. “Bloomberg”in məlumatına görə, iqlimdə temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,2 dərəcə Selsi isinib və istiləşməyə davam edəcək. Məlumatlara görə, Sibir və ABŞ-ı meşə yanğınları, Qərbi Avropanı daşqınlar əsarətinə alıb. Hazırda Türkiyə və Şimali Amerikada son dərəcə yüksək temperatur (50 dərəcəyə qədər), Afrikanın cənubunda isə görünməmiş soyuq (-1-dən aşağı) müşahidə olunur. Finlandiyada indiyə qədər qeydə alınan ən uzunmüddətli istilər müşahidə olunur. İranda isə son onilliklərdə müşahidə olunan ən isti yay ölkənin cənub-qərbində su qıtlığına səbəb olub. Bütün bu təbii fəlakətlərin ümumi bir cəhəti var - qlobal istiləşmə. Alman meteoroloq Yohannes Kvaasın sözlərinə görə, istixana qazı tullantılarına iqlimin reaksiyası dərhal görünmür. Bu gün görünən anormal temperatur və müvafiq hava hadisələri, on illər əvvəl atmosferə daxil olan tullantıların nəticəsidir.

Kvaas hesab edir ki, dünya 2050-ci ilə qədər sıfır qaz tullantısına çatsa da, iqlim tarazlığına çatana qədər planet istiləşməyə davam edəcək. Alimlər əsrin sonuna qədər iqlimin sənayedən əvvəlki səviyyədən 1,5-2 dərəcə isti olacağını təxmin edir.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ