Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər...

Image


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına əsasən, koronavirus ştammlarının yayılması hələ də davam edir. Qurum qeyd edir ki, 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkar olunan “alfa” ştammı artıq 172 ölkədə yayılıb.

Əvvəlcə Cənubi Afrika Respublikasında aşkar edilən “beta” variantı hazırda 120 dövlətdə dövr edir. Sentyabr ayında Braziliyada aşkar edilən “qamma” ştammı coğrafiyasını 72 dövlətə qədər genişləndirib. Öz növbəsində, Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabrından bəri mütəxəssislərə məlum olan "delta" variantı yeni ölkələrə nüfuz edib və hazırda onun mövcud olduğu ölkələrin sayı 100-ə yaxınlaşır. ÜST qeyd edir ki, bəzi ölkələrdə koronavirusun variantlarının müəyyənləşdirilməsi imkanları məhdud olduğundan, “delta” variantının mövcud olduğu dövlətlərin sayının daha çox olması istisna deyil. O da bildirilir ki, bir sıra ölkələr yoluxma və xəstəxanaya yerləşdirmə hallarının artım səbəbini “delta” ştammının mövcud olması ilə izah edir. ÜST ekspertlərinin proqnozlarında bildirilir ki, koronavirusun bu ştammı yayılma və yoluxma sürətinə görə tezliklə dominant varianta çevriləcək. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev bu fonda qeyd edir ki, koronavirusun sürətlə yayılmaqda davam edən "delta" ştammı ilə bağlı təhlükə hər gün artır: “Artıq dünyanın bir çox ölkələrini cənginə alan yeni ştammın qarşısının alınması üçün elm adamları hərəkətə keçib. Amma faktiki və real müşahidələr onu deməyə əsas verir ki, yeni mutasiya koronavirusa qarşı tam peyvəndlənənləri də yoluxdura bilir”. O bildirib ki, məhz buna görə də Azərbaycan hökuməti yeni tədbirlərə başlamalıdır. Azərbaycanlı alim bu istiqamətdə öz təkliflərini də irəli sürüb: “İsraildə əhalinin 60 faizinin ən effektli vaksinlərdən biri ilə peyvəndlənməsinə baxmayaraq, “delta” ştammı təhlükəsi böyüyür və yeni yoluxmalar da məhz bununla əlaqələndirilir. Hətta rəsmi məlumata görə, burada yeni yoluxanların 40-50 faizi tam vaksinasiyadan keçənlər olub. Bundan əlavə, İndoneziyada “Sinovac” vaksini ilə peyvəndlənənlərin yenidən virusa yoluxduqları qeydə alınıb. Bu yoluxma hadisəsi ölkənin “delta” ştammının yayıldığı regionunda baş verib. Bütün bunlar isə onu deməyə əsas verir ki, hazırda istifadədə olan vaksinlər yeni ştamma qarşı gözlənilən qədər təsirli deyil. Təbii ki, bununla bağlı hələlik tam elmi tədqiqatlar olmasa da, ilkin variantda elmi araşdırmalar yekunlaşıb.

Bir sözlə, bu gün hər iki doza vaksinlə peyvəndlənən şəxslərin yeni ştamma yoluxma risqi gündən-günə artır, hətta peyvəndlənməsindən 6 ay zaman keçən şəxslər də. Ona görə də düşünürəm ki, Azərbaycanda da qabaqlayıcı və profilaktik tədbirlərə başlanmalı və ciddi addımlar atılmalıdır. Yeni ştammın bu qədər təhlükəli olması peyvəndin 3-cü dozası ilə bağlı qərar verilməsini və yeni dozanın alınmasını sürətləndirməlidir. 3-cü peyvənd dozasının hansı vaksinə aid olacağı müəyyənləşdirilməlidir. Təbii ki, burada da yüksək effektli peyvənddən söhbət getməlidir”. Professor Adil Qeybulla isə xatırladır ki, Hindistanda ortaya çıxan “delta” ştammı yazda meydana gəlib: “Sonradan yaranan “delta plus” ştammı daha təhlükəlidir. Alimlərin araşdırmalarına görə, bu ştamm dünyaya yayıldığı halda bizi yeni pandemiya gözləyə bilər. Dördüncü dalğanın başlanmasına dair proqnozlar da var. Bu ştammın əsas özəlliyi ondan ibarətdir ki, tikanlı zülalda xeyli dəyişikliklər baş verib. Bu da virusun çox asanlıqla hüceyrə daxilinə keçməsinə şərait yaradır. Xəstəlikdən sonra insanda yaranan adaptiv immunitet bu virusdan tam qorunmağa imkan vermir. Alimlər hesab edir ki, immuniteti güclü olan və vaksinasiya olunan şəxslər virusu nisbətən yüngül keçirmək şansına malikdir. Amma bu bizi qətiyyən arxayın sala bilməz. Odur ki, yeni sürprizlərə hazır olmalıyıq. Yeni virus dünyaya yayılmaqdadır. Fəsadları ağır olarsa, yenidən qapanmalara getmək məcburiyyətində qalacağıq. Bu, yeni bir ciddi dalğaya gətirib çıxara bilər. Hazırda Cənubi Amerikada “lambda” ştammı da yayılıb. Bu ştamm “delta plus” kimi çox yoluxucu deyil. “Delta”nın yoluxuculuq qabiliyyəti olduqca sürətlidir, öldürücülük qabiliyyəti də yüksəkdir. Uşaqlarda da xeyli ciddi əlamətlər yaradır. COVID-19 yeni yarananda uşaqlar bu xəstəliyi adətən simptomsuz keçirirdi, amma hazırda çox ciddi əlamətlər nəzərə çarpır. Mədə-bağırsaq pozuntuları da daxil olmaqla, çox ciddi əlamətlər müşahidə olunur. Qapalı mühitlərdə karantin davranışlarını gözləməliyik. Hələlik pandemiyanın bitməsi barədə deyil, yeni yoluxmalardan xilas olmaq haqqında düşünməliyik. Bu baxımdan karantin davranışları hər yerdə aktual olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan etməyənə qədər bunu nəzarətdə saxlamağa davam etməliyik”.

Qeyd edək  ki, təhlükəli ştamm Azərbaycana qonşu ölkələrdə - Türkiyə, Rusiya, Gürcüstan və İranda sürətlə yayılmağa başlayıb. Bu da o deməkdir ki, “delta” ştammının Azərbaycan üçün risqi qaçılmazdır. Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparıldığını vurğulayıb. Qeyd olunub ki, bugünə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ