Cümə günü, 02 oktyabr 2026
     

Koronavirusun ən təhlükəli ştammı Azərbaycan sərhədlərində sürətlə yayılır...

Image


Azərbaycana qonşu ölkələrdə koronavirusa yoluxma halları yenidən çoxalmağa başlayıb. Rusiya, Türkiyə, Gürcüstan, İran kimi ölkələrdə virusa yoluxma halları artmaqla yanaşı, bu dövlətlərdə koronavirusun daha təhlükəli ştammları da geniş yayılmaqdadır. Söhbət koronavirusun "delta” və "delta plus” variantlarından gedir.

Artıq Rusiyada koronavirus infeksiyasının “delta plus” ştammı qeydə alınıb.  Moskva meri Sergey Sobyanin deyib ki, son dalğanı virusun yeni ştammı törədir, o daha yoluxucudur, simptomları sürətlə inkişaf edir. Rusiyada pandemiya başlanandan 122 mindən çox ölüm qeydə alınıb. Cəmi 5 ölkədə – ABŞ, Braziliya, Hindistan, Meksika və Peruda rəsmi ölü sayı bundan çoxdur. Xatırladaq ki, koronavirusun “delta plus” ştammı ilk dəfə Hindistanin Maharaşta əyalətində aşkarlanıb. Yeni ştamm “delta”nın mutasiyası nəticəsində yaranıb. Avropa ölkələrində də “delta plus” ştammı geniş yayılmaqdadır. Niderland, Avstraliya, Fransa və İngiltərədə koronavirusun “delta” variantına yoluxanların sayı kəskin artıb. Artıq koronavirusun “delta plus” versiyası ikinci doza vaksin qəbul etmiş şəxslərdə də aşkarlanır. Bu hal isə sözügedən ölkələri narahat edib və hərəkətə keçirib. Həmin ölkələrdə karantin rejiminin yenidən sərtləşdirilməsi gündəmdədir.  Cənubi Afrika və Asiya-Sakit okean regionu ölkələrində isə yüksək yoluxucu “delta” ştammı ilə əlaqədar qadağalar genişləndirilib, yaxud yenidən bərpa olunub. İyunun 27-dən Sidneydə milyonlarla sakin iki həftəlik karantin rejimində yaşamağa başlayıb. Malayziya bir aydır qüvvədə olan karantinə yaxın vəziyyəti qeyri-müəyyən müddətə uzadıb.

Qonşu Türkiyə, Gürcüstanda da “delta” ştammı ilə yoluxma sayları artır. Türkiyənin 26 vilayətində "delta" ştammı aşkarlanıb. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidzenin sözlərinə görə isə, ölkə üzrə “delta” stammının dövriyyəsi 10-20% arasında dəyişir. Baş epidemioloq əhalini daha ehtiyatlı olmağa və tələblərə əməl etməyə çağırıb. İranda da koronavirusun “delta” ştammına rast gəlinir. Məşhəd Səhiyyə Elmləri Universitetinin rektor köməkçisi Mehdi Kəlyan bu xüsusda bildirir: “Təəssüf ki, İranda da “delta” variantına yeni yoluxmalar müəyyən edilir”.

Belə bir vaxtda ABŞ alimləri tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, yeni ştammlar bədənin sağlam hüceyrələrinə yoluxmağın yeni yollarını tapmağı bacarır. Qeyd edilir ki, mutasiya səbəbindən koronavirus standart sxemdən yan keçməklə hüceyrələrə daxil olmaq üçün yeni yollar axtarır. Tədqiqatçılar bu fenomeni təhlükəli adlandırıb. Azərbaycanlı infeksionist Vüqar Cavadzadə isə qeyd edir ki, koronavirusun "delta” və "delta plus” variantlarının yoluxuculuq qabiliyyəti digərlərinə nisbətən daha sürətlidir. O bildirib ki, koronavirusun "delta” variantı COVID-19-un "Britaniya ştammı”, "Hindistan ştammı” kimi mutasiyalarından biridir və kifayət qədər təhlükəlidir: "Koronavirusun "delta” variantı "Hindistan ştammı”nın mutasiyaya uğraması ilə əmələ gəldi. "Delta” variantı özü də mutasiyaya uğrayaraq "delta plus” virusunu yaratdı. Digər mutasiyaya uğramış viruslardan fərqli olaraq, bu variant iki dəfə mutasiyaya uğradığı üçün yoluxuculuq xüsusiyyəti digər virus variantlarından iki dəfə yüksəkdir. COVID-19-da yuxarı yaş qrupu üzrə yoluxanlar çoxluq təşkil edirsə, bu virusda da yaş faktoru bənzər olacaq. Yaşlı nəslin nümayəndələri bu virusu daha ağır keçirə bilər. Bu virusun uşaqlara yoluxması da yüksəkdir. Belə ki, bizdə olmasa da, qonşu ölkələrdə - Rusiya, Gürcüstan, Türkiyə, hətta İranda da virusun bu variantları aşkar edilib. Dünyanın 100-dən çox ölkəsində aşkar edilən virus sürətlə yayılır. Virusun Azərbaycana gəlməsi də mümkündür. Çünki ölkəmizin dörd bir tərəfində bu virus artıq yayılmağa başlayıb. Gec-tez bu virus bizdə də aşkar ediləcək. Yay fəslidir, hər kəs istirahət məqsədilə səyahət edir. Ölkəmizə turistlər, qonaqlar gəlir. Bir sözlə, yerüstü hava nəqliyyatı işlədiyi üçün virusun ölkəmizdə aşkarlanması mümkün ola bilər”. Virusun yeni mutasiyasının ilkin simptomları barədə danışan həkim bildirib ki, burun axması üstünlük təşkil edir: "Virusun "delta” variantı üzərində aparılan təhlillər göstərir ki, onun ilkin simptomları COVID-19-la müqayisədə bir qədər fərqlidir. COVID-19-da hərarət, baş ağrısı, halsızlıq olurdu. "Delta” variantında burun axması, boğaz ağrısı, baş ağrısı daha çox müşahidə edilir. Eyni zamanda, COVID-19 virusuna yoluxub sağalan insanlarda yaranan anticisimlər "delta” virusuna qarşı immunitetin olması deməkdir. Lakin bu immunitetin nə qədər güclü və davamlı olduğu hər bir orqanizmin fərdi xüsusiyyətindən asılıdır”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus da yeni ştammların ciddi təhdid yaratdığını bildirir. Bununla yanaşı, Qebreyesus diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə də cəlb edir. Onun sözlərinə görə, hazırda koronavirusa qarşı peyvəndlərin 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risq altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyil: "Ölkələr dərhal peyvəndləri COVAX mexanizmi ilə paylaşsalar və istehsalçılar COVAX sifarişlərinə üstünlük versələr, sentyabr ayına qədər hər ölkənin əhalisinin azı 10 %-ni, ilin sonuna qədər isə azı 40 %-ni peyvənd edə bilərik".

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ