şənbə günü, 03 oktyabr 2026
     

Koronavirusla bağlı yeni dəhşətlər üzə çıxdı

Image


Son statistik rəqəmlər hələ də dünyada koronavirus pandemiyasının sürətlə yayıldığını, daha çox sayda insan ölümünə səbəb olduğunu göstərir. Açıqlanan rəqəmlər indiyədək bu virusa yoluxanların sayının 157 milyonu ötdüyünü, 3,2 milyondan artıq insanın isə koronavirus qurbanı olduğunu üzə çıxarır. Dünya üzrə 135 milyon pasiyent bu xəstəlikdən sağalıb. Amma qeyd edilənlər sadəcə rəsmi rəqəmlərdir. ABŞ-da fəaliyyət göstərən səhiyyə göstəriciləri və qiymətləndirmə institutunun (IHME) koronavirusdan ümumi ölüm hallarının qiymətləndirilməsinə dair hesabatı vəziyyətin, əslində daha dəhşətli olduğunu göstərir.

Hesabata əsasən, indiyə qədər dünyada koronavirusdan 6.93 milyon nəfər ölüb, bu da rəsmi rəqəmlərdən iki dəfə çoxdur. IHME analitikləri yeni hesablama metodikası tətbiq ediblər və bütün dünya üzrə koronavirusdan ölüm hallarına dair ölkələrin açıqladıqları rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəliblər. Əvvəllər koronavirusdan ölüm sayını hesablamaq üçün institut rəsmi qeydə alınmış halları istifadə edirdi. İndi isə yanaşmanı dəyişib, bunu onunla əsaslandırıb ki, ölkələrin təqdim etdiyi statistika açıq-aşkar azaldılıb. İnstitutun alimləri koronavirusdan ümumi ölüm hallarının sayını hesablamaq üçün ölkələrin əvvəlki illərdəki təbii ölüm səviyyəsi ilə müqayisə aparıblar. Məlum olub ki, əksər ölkələrdə koronavirusdan ölənlərin sayına dair rəsmi rəqəmləri çıxandan sonra geridə qalan ölüm hallarının sayı əvvəlki illərdəki ölüm hallarının sayından qat-qat yuxarıdır. Hərçənd mütəxəssislər bu fərqin bir qismini koronavirus pandemiyasına görə səhiyyə sisteminin digər xəstəliklərə yetərli diqqət ayıra bilməməsi, pandemiyanın yaratdığı psixi pozğunluqlar, içki aludəçiliyi və digər səbəblərdən baş verən ölümlərlə izah edir. IHME direktoru Kristofer Mürrey bildirib ki, pandemiyanın nəticələri təsəvvür ediləndən daha pisdir.

Hesabata əsasən, ABŞ-da koronavirusdan ölənlərin sayı 906 min nəfərə yaxındır, rəsmi statistika isə bundan az qala iki dəfə aşağıdır - 574 min nəfər. Meksikada koronavirusdan ölənlərin rəsmi sayı 218 min nəfərə yaxın göstərilsə də, real rəqəm bundan üç dəfə çoxdur - 617 min nəfər. Rusiyada isə, rəsmi rəqəmlərə görə, koronavirusdan 109 min nəfər ölüb. Lakin institutun mütəxəssisləri bu rəqəmin əslində 594 min nəfərə yaxın olduğunu hesablayıb. Qazaxıstanda koronavirusdan ölənlərin sayı rəsmən 5620 nəfər göstərilir, əslində isə bu ölkədə 82 min nəfərə yaxın adam virusdan ölüb. Mövcud rəqəmlərin təhlili dünya üzrə aktiv koronavirus daşıyıcısı olan insanların sayının milyonlarla ölçüldüyünü təsdiq edir. Bu da pandemiyanın hələ ciddi təhdid mənbəyi kimi çıxış etdiyini göstərir. Elə bu səbəbdən koronavirusa qarşı aktiv mübarizə tədbirlərinin bundan sonra da davam etdirilməsi ciddi zərurətdir. Koronavirusa qarşı mübarizədə hələ də əsas problemlərdən biri dünyada vaksin ədalətsizliyinin davam etməsidir. BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırın açıqlamaları da bu sahədə ciddi nöqsanların davam  etdiyini təsdiqləyir. Bozkır azgəlirli ölkələrə tədarük edilən koronavirus vaksinlərinin miqdarını artırmaqla bağlı çağırış edib: “Qarşımızdakı hədəf bəllidir: ümumi düşmənimizə qalib gəlmək üçün əlimizdə vasitə var. Lakin dünyadakı peyvəndlərin cəmi 0,3 faizi azgəlirli ölkələrə verilib. Bunu düzəldə bilərik və düzəltməliyik”. Sədr koronavirus vaksinləri ilə bağlı əqli mülkiyyət hüququnun qorunmasını ləğv etmək istiqamətində atılan addımları alqışlayıb: “Bu vacib qərar vaksin istehsalını artırmağa və nəticədə insan həyatını xilas etməyə yardım edəcək”.bu açıqlamadan görünür ki,  dünyadakı peyvəndlərin cəmi 0,3 faizi azgəlirli ölkələrə verilib. Azgəlirli ölkələrə təqdim edilən peyvəndlərin sayında ciddi artım olmayacağı halda koronavirus təhdidin tam şəkildə aradan qaldırmaq mümkün deyil. Bu zaman o da nəzərə alınmalıdır ki, virus hələ də sürətlə mutasiyaya uğramaqda davam edir. Xüsusən də mutasiya nəticəsində yaranan Britaniya, Brazilya, Cənubi Afrika, Hindistan ştammları əvvəlkilərlə müqayisədə daha təhlükəli xarakter daşıyır. Azgəlirli bir çox ölkələrin iqtisadi böhran yaşaması və səhiyyə sistemlərinin həddən artıq yüklənməsi şəraitində onların böyük həcmdə vaksinin alması ciddi problemə çevrilib. Bu səbəbdən dünyanın zəngin ölkələrinin vaksin ədalətsizliyinə son qoyması mühüm əhəmiyyətə malikdir. Əks halda pandemiyaya qalib gəlmək və bəşəriyyəti koronavirusdan xilas etmək mümkün deyil.

Xatırladaq ki, Azərbaycan dəfələrlə vaksin ədalətsizliyinə son qoyulması üçün müxtəlif təşəbbüslər irəli sürüb, əməli addımlar atıb. Ümumiyyətlə, “vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsünü Azərbaycan qlobal xarakterli ciddi problem hesab edir. Bunun aradan qaldırılması istiqamətində ölkəmizin təşəbbüslərinin dəstəklənməsi koronavirus probleminin çözümündə böyük önəm kəsb edir. Buna paralel olaraq, ölkəmizdə COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə kimi vaksinasiya da həyata keçirilir. Bununla bərabər, güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də, peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq zəruri şərtlərdir. Peyvənd vurduran insanlar qətiyyən arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər. Yenə tibbi maska taxılmalı, əlləri tez-tez yumalı və yaxud spirtlə silməli, ara məsafə saxlamalı, kütləvi tədbirlərdən mümkün qədər uzaq durulmalıdır.

Tahir TAĞIYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ