şənbə günü, 03 oktyabr 2026
     

VAŞMOSPAR və ya RUSAMEFRA... Əkbər QOŞALI yazır...

Image


Rusiya Araiki Moskvaya çağırır;

ABŞ Prezidenti Bayden “erməni soyqırımı” sözünü işlədir;

Fransa Senatının sədri İrəvanda qərəzli və birtərəfli açıqlama verir...

Rusiya, ABŞ və Fransa... – üçü də ATƏT-in Minsk Qrupunun həmsədridir və üç ölkə haqqında bu üç cümlə belə... gerçək mənzərini ifadə gücündədir.

Araikin Moskvaya səfər xəbəri təsdiq edilsə də, edilməsə də, Moskvanın Xankəndidəki generalı Muradov zatən Araiki bağrına basıb; Araikin tayfasının xanım üzvü o generalın əsgərindən hamilə qalıb və s. və i.

Gəncəyə qadağan olunmuş raketlərdən zərbə əmrini üstlənən, orada körpələrin, dinc sakinlərin gecəyarısı qətlinə baiskar olan bir müharibə cinayətkarının hər hansı ölkəyə səfəri dözülməzdir,  hələ-hələ Minsk Qrupunun həmsədr ölkəsinə. O ölkəyə ki, sülhməramlı qüvvələri yuxarı Qarabağdadır. Əlbəttə, əgər doğrudan-doğruya sülhməramlı demək olarsa...

Bəli, Ermənistan KİV-ində yayılan informasiyaya görə, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş müharibə cinayətkarı, separatçıbaşı Araik Arutunyan Moskvaya səfər edib. Bu səfəri kimlər və nə üçün təşkil etməlidir ki? Artıq ümumazərbaycan sualına dönüşən bir sualla desək, “Arutunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib”? Rəsmi Moskvanın sabah-birisigün bu barədə açıqlamasında hansı bəraətedici, müsbət çalar ola bilər ki?!.

Terrorçunu, separatçını, vandalı müdafiə etmək, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, heç bir ölkəyə başucalığı gətirməz. O ölkə cırtdan Lüksemburq olsun, ən böyük əraziyə sahib Rusiya olsun – böyük ayıbdır, güvən itkisidir, münasibətlərin gələcəksizliyidir. Separatizmin nə olduğunu yaxşı bilən, yaxud yenidən alovlanmasını körükləyən bir ölkə araikkimilərin səfərini təşkil etməklə qətiyyən doğru yolda deyil.

Rusiya Araiki Moskvaya çağırmağa məcbur deyildi; əgər məcburdursa, vay Rusiyanın halına. Araikin başının üzərində Azərbaycan Dəmir Yumruğu varkən, ayağı altında Moskva qırmızı xalısı olsa nə olacaq? Araikin yalın ayaqla çıxdığı qırmızı xalı şüşə qırıqları ilə, kor tikanlarla doludur. Arayik nə qanır dünyada nə var-nə yox? O artıq başı üzərindəki yumruğu da, yalın ayaqları altındakı şüşə qırıqlarını, kor tikanları da öz canında daha yaxından hiss edəcək. Arayiklərə qaçış yoxdur – ha Moskva, ha Paris, ha Vaşinqton... Lap bu üç şəhərin adını birləşdirib, neytral sularda yerləşən bir adacıqda VaşMosPar şəhəri salıb, Arayiki ora köçürsələr də, yenə bir terrorçubaşının, separatçının gələcəyi ola bilməz! Terrorçubaşı deyirik, əslində o, terrorçuçənəsidir, nə bilim, terrorçuburnudur. Sabah-birisigün Silahlı Qüvvələrimizin bir PUA-sı göy üzünə açılınca, baxmayacaq başdı, çənədi ya burun – öz işini qüsursuz görəcək. Cəhənnəmi çox gözlətmək olmaz – madam Arayik səfər üçün darıxıb, əbədi səfər nə üçün də olmasın..?

Bu arada, ermənilərin 22 apreldə, dövlət sərhədinin Zəngəzur səmtində törətdiyi təxribatla bağlı Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatdan da göründüyü kimi, qarşı tərəfi bir il öncəsindəki kimi bərk qaşınma tutub. Bir il öncənin yazını yaxşı xatırlayırıq: qondarma rejimə “seçkilər”, Şuşada “andiçmə”, qondarma “məclis”i Şuşaya köçürmə cəhdi, Cəbrayıla yol çəkmə, Kəlbəcərdə su elektrik stansiyası tikmə-filan. Nooldu bəs?!. Gorbagor oldu, olmadı? İndi qalib Azərbaycanın kommunikasiyaların açılması, regional əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fəaliyyət göstərdiyi bir zamanda belə hadisə(lər) törətmək siyasi-hərbi təxribatdan başqa bir şey deyil. Ermənilər ötən ilin yazını yox, payızını xatırlasınlar, bəlkə ağılları başlarına gələ...

Dörd tərəfi ilə yaxşı keçinməyi bacarmayan Rusiya isə əyilən qüdrətinin hayfını yaxın coğrafiyada aramasın – əksinə, uzaqlara və özünə baxsın: “mən harda yanlış yapdım?” deyə... Rusiya ta başından imperializm siyasətindən əl çəkib normal, ədalətli, mehriban qonşuluq siyasəti yürütməklə alternativlərin ən yaxşısını seçmiş olardı, olmadı.

Arayikin Moskva səfərindən keçək Baydenin 1915-ci il hadisələrinin növbəti ildönümü ilə bağlı çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə. 24 apreldə olmasa da, 40 il öncə də o vaxtkı  ABŞ Prezidenti bu ifadəni işlətmişdi. Hər ziyanda bir xeyir var: “qırx”ı çıxmış o deyilişin “təzələnməsi” də Türkiyə üçün dərin bir mahiyyət kəsb etməz. Zira ədalətsizliyin zəfəri lax olur, lax yumurtanı ha boya, ha neynə, xeyri yoxdur... ABŞ belə tarixşünaslıq edəndirsə, 106 il öncəyə gedib özünə zəhmət verməsin, 29 il öncənin dəlil-sübutlu soyqırımı var – adı Xocalı!..

Azərbaycan Prezidenti başda olmaqla dövlətimiz, cəmiyyətimiz rəsmən və qəlbən Türkiyənin yanında olduğumuzu anındaca və bir daha bildirdi! Türk Şurası da. Ümidvaram, digər türk dövlətləri də (digər ortaq türk qurumları da) qardaş ölkəyə dəstək nümayiş etdirəcək.

İstərsiz, mən bir öngörü də yazım, lütfkarlar onu bir qırağa qeyd etsin: Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi bir dövrün qapanması, yeni bir dönəmin açılmasının xəbərçisidir və ermənilər bundan heç də qaza gəlməsin. – Türkiyə hər il təzələnən “Vaşinqton tərəddüdü”ndən qurtuldu, Ermənistan ABŞ-ın dərin minnəti ilə yükləndi; ABŞ “erməni soyqırımı” deməmişdən bir gün öncə olduğu kimi, sabah-birisigün “dəngə təmini”nə məcbur qalacaq, Türkiyəyə əl uzadacaq. Türkiyə zatən öz işlərini görməkdə davam edir: örnəyi, tam da 24 apreldə İraqın quzeyində PKK-ya qarşı yeni əməliyyatlar başlayıb, PKK liderlərindən biri də daxil olmaqla xeyli terrorçu cəhənnəmə vasil edilib və s.

Baydenin işlətdiyi yanlış ifadə (ermənilərə edilən jest), güclü Türkiyə və cırtdan Ermənistandan savayı, sanksiyalar altındakı Rusiyanı da ilgiləndirəcək, Rusiya bu yeni gəlişmədən “nəsib”ini alacaq...  

O tərəfdən də Jerar Larşenin İrəvanda təşkil edilmiş bir sərgidə gördüklərindən “təsirlənərək”, “Artsax”da “erməni mədəniyyəti”nin izlərinin silinməsindən söz açması, ən yumşaq şəkildə desək, daha bir siyasi riyakarlıqdan xəbər verir. Bu, dövlət ciddiyyətindən uzaqlıqdır.

Senat sədri öz açıqlamalarında həm ATƏT-in Minsk Qrupunun yenidən canlandırılmasına – həmsədrlərin (qrupun) işinə impuls verilməsinə çağırış edir, həm də açıq-aşkar ermənipərəst və anti-Azərbaycan, anti-Türk, anti-sülh mövqe nümayiş etdirir.

Rusiya, Amerika, Fransa...

Moskva, Vaşinqton, Paris... 

Hər üçü soyqırım(lar) törədib, xalqların taleyi ilə oynayıb və hər üçü də olmayan “erməni soyqırımı”nın olmasında israrçıdır.

Bu üç ölkədə, üç paytaxtda olub-bitənlərə, hər üç paytaxtdan gələn rəsmi münasibət və münasibətsizliklərə diqqət etdikdə, bizim 44 günlük Vətən müharibəsinin dəyəri daha aydın təsəvvür olunur. Son gəlişmələr Qarabağda tarixi zəfərimizin yüksək əyarını bir daha göstərməkdədir. İndi görün biz 44 gün içində necə fövqəladə nəticə əldə etmişik! ATƏT-in Minsk Qrupunun həmsədrləri – kəmsədrləri uzun illər boyu tutduqları ədalətsiz mövqeni bugün də davam və inkişaf etdirir. Necə deyərlər, biz ildırımlı yollarla gedərək, üç daşın arasında unikal qələbə qazanmışıq.

Dünya üçdən də, beşdən də böyükdür!

Ustad demiş:

“Qədərin üstündə bir qədər vardır...

...Göylərdən gələn bir qərar vardır”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

YAŞASIN TÜRK BİRLİYİ!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ