Bazar günü günü, 04 oktyabr 2026
     

Əfsanəvi Troya... Minillərin ötəsindən günümüzə gəlib çatmış daha bir tarix yadıgarı...

Image


106 il öncə qazanılan möhtəşəm Zəfərlə adını dünya tarixinə keçilməzlik-əyilməzlik simvolu kimi həkk edən Çanaqqala tarixin ən dərin qatlarından bugünümüzə soraq gətirən arxeoloji qazıntıları ilə də məşhurdur. Belə qazıntıların aparıldığı və unikal tapıntıların əldə olunduğu məkanlardan biri də Troya antik şəhəridir.

Səfərimizin ilk günündə Bəhramtəpə kəndi, buradakı Atena tapınağını ziyarət etdikdən sonra yolumuza Troya şəhərindəki nadir eksponatların saxlandığı muzeyi gəzməklə davam etdik.

2018-ci ilin 10 noyabr tarixində ziyarətçilərə açılan muzeyin rəsmi açılışı 2019-cu ilin 18 mart tarixində baş tutub. 3 min kvadratmetrlik sərgi salonuna və 12 min 750 kvadratmetrlik inşaat sahəsinə malik muzeydə antik Troya qatlarında tapılan ən müxtəlif əşyalar sərgilənir. Buranı ziyarət etsəniz, böyük daş sərdabələrdən, qranit əşyalardan tutmuş, antik dövrün qadınlarının bəzəkli zinət əşyalarına qədər hər cür maraqlı eksponatı görmək şansı əldə edərsiniz. Muzeydə diqqəti cəlb edən daha bir unikallıq isə xüsusi mini ekranlarda Tunc dövrü insanlarının məişətini əks etdirən animasiya filmlərinin sərgilənməsidir. Bu filmlərə baxdıqca insan az qala özünü o sirli-əsatirli dövrün tam ortasında hiss edir.

Troya antik şəhəri Kaz dağı ətəklərində tarixi bir şəhərdən soraq verən qalıqların olduğu ərazidir. Çanaqqala hüdudlarında hazırda Hisarlıq adlandırılan ərazidə yerləşir. Çanaqqala boğazının cənub-qərbində, Kaz dağının şimal-qərbində yerləşən bu antik şəhər Homerin iki mənzum əsərindən biri olan “İlliada”da barəsində bəhs olunan Troya savaşının gerçəkləşməsi ilə adını tarixə yazıb.

Ərazi özündə minillərin tarixini gizlətsə də, yalnız 1870-ci illərdə alman arxeoloqu Henrix Şliman tərəfindən kəşf edilib. Lakin Çanaqqalanın Tevfikiyə kəndində aşkarlanan bu unikal tarixi məkan yad əllərin müdaxiləsilə ciddi itkilərdən də yan keçməyib. Belə ki, burada aşkar olunan tarixi əsərlərin böyük bir hissəsi ölkədən qaçırılaraq xaricə aparılıb. Hazırda Troyaya aid eksponatlar Türkiyə, Almaniya və Rusiyanın çeşidli muzeylərində sərgilənməkdədir. 1996-cı ildən Milli Park statusu alan bu əfsanəvi məkan 1998-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Antik şəhərin qalınlarının olduğu məkanın Çanaqqala boğazına yaxın məsafədə yerləşməsi buranın vaxtilə bir liman şəhəri olduğunu düşünməyə əsas verir. Deyilənə görə, sonradan Karamenderes çayının axıntılarla gətirdiyi torpaq layları getdikcə şəhəri dənizdən uzaqlaşdırdığından, Troya özünün liman şəhəri kimi önəmini itirməyə başlayıb. Üstəlik, burada yaşanan təbii fəlakətlər və hücumlar nəticəsində yerli əhali şəhəri tərk edib. Lakin troyalıların burada hökmranlıq dönəmi heç də az olmayıb, 5 əsrlik bir dövrü əhatə edir. Belə ki, Sardis kökənli Heraklid xanədanının yerinə keçən Troya krallığı Anadoluya 505 il hökmranlıq edib. Onların hökmranlığının ardından burada Lidyalıların, İonların, Kimmerlərin, Frigyalıların, Miletlilərin hökm etdiyi dönəmlər olsa da, miladdan öncə 546-cı ildə şəhər Farsların istilasına məruz qalıb. Hətta Böyük İsgəndərin Farslara qarşı döyüşdüyü zaman bu şəhərə gəldiyi və şəhəri ziyarət sırasında əynindəki zirehini buradakı Atena tapınağına bağışladığı barədə məlumatlar tarixi qaynaqlarda yer alıb. Rəvayətə görə, miladdan öncə 334-cü ildə İsgəndər Kiçik Asiyaya yürüş edərkən ilk olaraq məhz bu tapınağı ziyarət edib.

Eynilə tarixi mənbələr Fars hökmranlığı dönəmində imperator Serhasın çıxdığı Yunanıstan səfərində Çanaqqala boğazını keçməzdən öncə Troyaya gələrək burada qurban kəsməsi barədə də xəbər verir. Digər bir mənbə miladdan öncə 480-ci ildə Fars kralı Xerxesin Hellaspontine bölgesinden Yunanistana yürüş edərkən Atena tapınağında 1000 sığır qurban etdiyi bildirilir. Qurban demişkən, şəhərin qalıqları arasında gəzdiyimizdə iki yanaşı quyu diqqətimizi cəlb etdi. Bələdçimizin bildirdiyinə görə, onlardan biri sıradan su quyusu olub, digəri isə qurbanlar kəsilərkən onun qanının axıdılması üçün nəzərdə tutulub.

Şəhərin tarixinin ən maraqlı tərəfi onun tam tam fərqli dönəmlərdə yeddi dəfə yenidən qurulması barədə deyilənlərdir. Bunun əlamətlərini şəhər qalıqlarını gəzərkən də görmək mümkündür. Tarixi qaynaqlar şəhərin ilk dəfə miladdan öncə 3-cü minillikdə qurulduğunu göstərir. Tarixə Tunc dövrü kimi keçən o dönəmdə şəhər ticarət sahəsində çox inkişaf edir. Əsas səbəb isə burada Çanaqqala boğazının yerləşməsi ilə bağlı idi, çünki ticarət gəmilərinin Egey dənizindən Qara dənizə çıxışı üçün bu boğaz unukal imkan yaradırdı. Şəhərin yeddi dəfə yenidən qurulması da onun məhz ticari anlamda çox əlverişli coğrafiyada yerləşməsilə əlaqələndirilir. Şəhərin ilk qatı 300 metrə yaxın bir dərinlikdə aşkarlanıb. Burada hündür divarlar və bürclərlə əhatələnmiş 20-yə yaxın evin olduğu kişik bir qalanın yerləşdiyi güman edilir.

Alman arxeoloqu Henrix Şlimanın 1871-ci ildə apardığı qazıntılar zamanı hətta şəhərin 33 qat qalıqlarının aşkar olunması barədə deyilənlər isə daha maraqlıdır. Məlum olur ki, şəhər zaman-zaman dağıntılara və hücumlara məruz qaldıqdan sonra məhz coğrafi əhəmiyyəti sayəsində dönə-dönə yenidən qurulub, hər dəfəsində isə qala divarları və bürclər daha möhkəm və dayanıqlı materiallar əldə edilərək inşa olunub və elə bu səbəbdən, qalıqlar şəklində olsa da, günümüzə qədər gəlib çatıb. Qalıqlarının incələnməsi nəticəsində o da məlum olub ki, şəhər təkcə hücumlar nəticəsində dağılmayıb, burada bəzi hallarda təbii fəlakət və digər hallar da öz sözünü deyib. Məsələn, bir mənbəyə görə, miladdan öncə 1250-ci ildə burada baş verən güclü zəlzələ sözün həqiqi mənasında daşı daş üstündə qoymayıb. Daha bir dönəmdə - miladdan öncə 1184-cü ildə isə şəhərin güclü yanğın və qətliamlar nəticəsində yanıb külə döndüyü bildirilir ki, bunun da Troya savaşı nəticəsində baş verdiyi deyilir. Həmin savaşı isə Homer özünün “İlliada” dastanında təsvir edir.

Milli Parkı gəzərkən əfsanəvi Troya atını da görmək şansımız oldu. Əslində əraziyə daxil olarkən ziyarətçiləri ilk qarşılayan elə bu əfsanəvi “at”dır. Əfsanəyə görə, yunanlar Troyanı ələ keçirmək üçün hiyləgər Odisseyin məsləhəti ilə taxtadan nəhəng alt düzəldib, bir dəstə döyüşçünü bu atın içində gizlədir, özləri isə yaxınlıqdakı adada yerləşirlər. Troyalılar atı dartıb şəhərə aparır. Gecə yunan döyüşçüləri atın içindən çıxıb yuxulu troyalılara hücum edir, ardınca isə adadan gizlincə qayıdan digər yunan döyüşçüləri də şəhərə soxulurlar. Kişiləri qırıb, qadın və uşaqları əsir alan, şəhəri sə qarət edərək yandıran yunanlar çoxlu qənimətlə Yunanıstana qayıdırlar...

Yeri gəlmişkən qeyd edim ki, Hollivudun çəkdiyi məşhur “Troya” filmində istifadə olunan at da sonradan Türkiyənin Çanaqqala şəhərinə - əsl sahiblərinə hədiyyə olunub və şəhərin ən görkəmli yerində məğrur duruşu ilə seyrçilərini ovsunlamaqdadır.

Beləliklə, “hər köşəsi cənnətim” Türkiyənin minillərin ötəsindən soraq verən daha bir sirli-əsatirli bölgəsini ziyarətimizin sonuna gəldik. “Nağıllar aləminə” səyahətimiz isə hələ davam edir. Bizi izləyin.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə və Nazirlik nəzdində Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinə sonsuz təşəkkürlərlə

Samirə SƏFƏROVA

Bakı-İstanbul-Çanaqqala-Bakı

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ