çərşənbə günü, 14 oktyabr 2026
     

İranda pandemiyanın üçüncü dalğası başladı... Azərbaycan təhlükənin “bir addımlığında”...

Image


Koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşularında vəziyyət sürətlə pisləşir. Hətta İranda virusun yayılmasının üçüncü dalğasının başlanmasından bəhs edilir. Koronavirusla Mübarizə Komitəsinin sədri Əli Rza Zali vurğulayır ki, İranın paytaxtı Tehranda koronavirus pandemiyasının üçüncü dalğası başlanıb.

O, paytaxt miqyasında daha ciddi profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Yoluxmanın yüksək olması səbəbilə “qırmızı bölgə” elan edilən Tehran xəstəxanalarında yüzlərlə insan  müalicəyə cəlb olunub. Tehranda həm yataqda, həm də evdə müalicə alan xəstə sayında artım var. Eyni formada ölənlərin də sayı artır. Belə görünür, Tehranda üçüncü dalğa başlandı. Səhiyyə sahəsində daha ciddi problemlərlə qarşılaşmamaq üçün Tehranda daha ciddi tədbirlər görülməlidir”. Onun sözlərinə görə, paytaxtda fabriklərin fəaliyyətinin bərpası və məktəblərin açılması səbəbilə ictimai nəqliyyatda intensivlik artıb. Bu da risk təşkil edir. Qardaş Türkiyədə də koronavirusa sutkalıq yoluxmada sürətli artım müşahidə olunur. Gürcüstanda isə gündəlik yoluxma sayı artıq üç rəqəmlə ifadə olunur. Rusiya isə virusa yoluxanların sayı baxımından ilk üçlükdədir.

Dünya miqyasında da vəziyyət gərgindir. Artıq dünyada koronavirus infeksiyasına yoluxanların sayı 30 milyon nəfəri ötüb. Lider bu sahədə yenə ABŞ-dır. ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 7 milyona çatır. Bu göstəriciyə görə sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya, Peru qərarlaşıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluqqe isə qeyd edir ki, Avropada da COVID-19-la bağlı vəziyyət pisləşməyə başlayıb: “Çox ciddi vəziyyətlə qarşı-qarşıyayıq. Həftəlik yoluxma sayı pandemiyanın Avropada ilk dəfə mart ayında pik həddə çatdığı göstəricini keçib. Avropa ölkələrinin yarısından çoxunda son iki həftədə 10 faiz artım var”. Kluqqenin sözlərinə görə, xəstəlik ən çox 25 yaşdan 41 yaşadək insanlar arasında qeydə alınıb. Bu baxımdan Kluqqe virusla mübarizə üçün bütün Avropa ölkələrini həmrəyliyə çağırıb. Belə vəziyyətdə ekspertlər qeyd edir ki, Azərbaycanın da xüsusi diqqətli olması lazımdır. Özü də nəzərə almaq lazımdır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın vaxtaşırı həyata keçirdiyi yumşalma tədbirləri nəticəsində məhdudiyyətlər aradan qaldırılır. Yumşalma tədbirləri nəticəsində ünsiyyət və təmas hallarının çoxalması isə yoluxmaların sayının artımına səbəb ola bilər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov da bildirir ki, son bir ayda pandemiya ilə mübarizədə çox ciddi uğurlar əldə olunub:  ”Yoluxma statistikasında kəskin şəkildə azalma və stabillik yaranıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bunu nəzərə alaraq vaxtaşırı olaraq yumşalmalar barədə qərarlar verir. Lakin qaydalara əməl olunmaması yoluxma hallarının yenidən artmasına səbəb ola və bunun nəticəsində karantin rejiminin qaydalarının yenidən sərtləşdirilməsinə ehtiyac yarana bilər. Hər kəs, hər bir sakin başa düşməlidir ki, qaydalara ciddi şəkildə əməl olunmaması yenidən sərtləşmə və məhdudiyyətlərin tətbiq olunmasına aparıb çıxara bilər. Hamı başa düşməlidir ki, karantin rejiminin sərtləşməsində kimisə günahlandırmaq əvəzinə sərt karantin rejiminin tətbiq olunmaması üçün çalışmaq lazımdır. Bunun üçün də təmaslardan qaçmaq və qoruyucu vasitələrdən istifadə hökmən vacibdir.

Hələ də elə vətəndaşlar var ki, yeni növ koronavirusun ancaq paytaxtda olduğunu düşünür və onlara elə gəlir ki, Bakıdan çıxandan sonra virus yoxdur. Ona görə də qaydalara əməl etməyi unudurlar. Virus insan orqanizmində bir yerdən başqa yerə aparılır, infeksiya daşıyıcısı olan bir nəfərin kütləvi yerə düşməsi onlarla sağlam insanın yoluxması deməkdir. Həmin məkanlardan, istirahət yerlərindən ayrılandan 1-2 həftə sonra xəstəlik əlamətləri özünü göstərir. Bir nəfərin başqalarını, onların da digərlərini yoluxdurması həndəsi silsilə ilə artımla nəticələnir. Ona görə də hər kəs özünü, ailə üzvlərini və ətrafında olanları qorumalıdır”. O qeyd edir ki, yoluxma sayında stabilləşmə yaranıb. Vaksin hazır olana qədər belə davam etsə və peyvənd də səmərəli olsa, pandemiyanın öhdəsindən gəlmək mümkün olacaq: "Uzun müddətdir qripə qarşı hansı vaksindən istifadə olunacağı müzakirə edilir və artıq ilkin təkliflər hazırlanıb. Soyuq aylarda digər respirator virus infeksiyaları da artacaq. Həmin xəstəliklə üzləşənlərdə COVID-19-a yoluxmanın baş verməsi xəstəliyin daha ağır keçməsi üçün zəmin yaradacaq. Ona görə də bütün dünyada bu il qrip əleyhinə vaksinasiyanı çox ciddi şəkildə həyata keçirmək nəzərdə tutulub. Payız-qış mövsümündə başlıca məqsəd mövsümi qripdən qorunmaq və koronavirusa yoluxduqda ağırlaşma halının qarşısını almaqdan ibarət olacaq. Ona görə də iki infeksiyanın birlikdə rast gəlinib daha ağır nəticələrə səbəb olmaması üçün çalışmaq lazımdır. Əlamətlərlə xəstəxanada, evdə müalicə olunanlarla yanaşı, xəstəliyi simptomsuz keçirənlər də az deyil. Aparılan həmin testlər nəticəsində xəstəlik keçirilməsi nəticəsində əhalinin neçə faizində anticisimlərin yarandığını və neçə faizində vaksinasiya hesabına immunitet formalaşdığını öyrənmək mümkün olacaq. Yekun nəticədə təxminən əhalinin 60-70 faizində immunitet yarandığı aşkar edilsə, o zaman virusun həmin populyasiyadan uzaqlaşacağını demək olar. Lakin koronavirus hər zaman həyatımızda qalacaq, az sayda yoluxmalar olsa da, narahatlıq doğurmayacaq. Ən əsas məsələ pandemiyadan qurtulmaq və xilas olmaqdır. Hazırda dünyanın müxtəlif ölkələrində vaksinlərin vaxtında hazırlanması üçün ciddi tədbirlər görülür".

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ