Quzey Kıbrıs Türk Cumhuriyyətinin Bakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub. Sentyabrın 9-da Nümayəndəliyin yeni rəhbəri Novber Vechi xanım Azərbaycan jurnalistləri ilə tanışlıq xarakterli görüş keçirdi.
Prive restoranda səmimi atmosferdə keçən görüşdə jurnalistləri maraqlandıran sualları cavablandıran Novber xanım iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün medianın üzərinə düşən vəzifələrə toxundu, postpandemiya dövründə turizmin inkişafına təkan verəcək təkliflərini səsləndirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, Türkiyə ilə Azərbaycan arasında Media Platformasının yaranması fonunda belə bir layihənin “Yavru Vətən” - Quzey Kıbrısla Azərbaycan arasında da gerçəkləşdirilməsi ilə bağlı jurnalistlərin təklifi dəyərləndirilərək bu yöndə işlərin görülməsinə başlanması qərara alındı.
SAMİRƏ