BMT ABŞ-dan təşkilata olan borclarını ödəməsini istəyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Dujarrik Birləşmiş Ştatların təşkilata 491 milyon dollar borcu olduğunu açıqlayıb.
Bundan əvvəl, ABŞ-ın son həftələrdə borcunun bir hissəsini bağlayaraq, BMT büdcəsinə 563 milyon dollar yatırdığını deyən Dujarrik son açıqlamasında ABŞ-ın təşkilata hələ 491 milyon dollar borcu olduğunu bildirib.
BMT baş katibi Antonio Quterres, oktyabrında təşkilatın maddi vəziyyətinin son dərəcədə pisləşdiyini bildirmişdi. 9 oktyabr 2019-cu il tarixinədək 50-dən çox ölkə, o cümlədən ABŞ cari ilin üzvlük haqlarını ödəməmişdi.