12/12/2019 17:04
728 x 90

Terroristlər tərəfindən məhv edilən Tel Abyad xəstəxanası yenidən şəfa vermə missiyasında…

img

YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyad xəstəxanası suriyalılara tibbi xidmətlər göstərməyə başlayıb.

Baki-xeber.com-un xəbərinə görə, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində video paylaşılıb. Videoda, uşaqlar da daxil olmaqla, suriyalıların həkimlər tərəfindən müayinə edildiyi görüntülər yer alıb. Tibbi xidmət göstərilən suriyalı bir ailənin üzvləri YPG/PKK terror təşkilatının mövcud olduğu vaxtlarda evlərindən çölə çıxa bilmədiklərini söyləyir. Yaşadıqları bölgənin Türk Silahlı Qüvvələri tərəfindən terrorçulardan təmizləndiyini dilə gətirən ailə “Onlar burada olduqları vaxt  evdən çölə çıxmaq çox təhlükəli idi. Allah hamınızdan razı olsun” deyir. Bildirilir ki, “suriyalı qardaşlarımız layiq olduqları xidmətləri almağa başlayıb”

Milli Müdafiə Nazirliyinin açıqlamasında isə belə qeyd edilib:

“Qəhrəman əsgərlərimiz tərəfindən dinc və təhlükəsiz mühitin yaradılması və Səhiyyə Nazirliyinin Tel Abyad xəstəxanasında göstərdiyi tibbi xidmətlər sayəsində suriyalı qardaşlarımız insan kimi yaşamağa və layiq olduqları xidmətləri almağa başlayıblar. Artıq üzlər gülür”…

Baki-xeber.com

Son xəbərlər