11/12/2019 12:26
728 x 90

Türkiyə Müdafiə Nazirliyi: "Etnik və dini ayrıseçkiliyin şanlı tariximizdə və əxlaqi dəyərlərimizdə yeri yoxdur..."

img

“Etnik təmizlənmənin, kimyəvi silahların, etnik və dini ayrıseçkiliyin şanlı tariximizdə və əxlaqi dəyərlərimizdə yeri yoxdur. Eyni zamanda NATO ordusu olan Türk Silahlı Qüvvələri təhlükəsizlik zonasının yaradılması istiqamətindəki bütün fəaliyyətlərində qanunlarımız və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir”. 

Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.

Xatırladaq ki, bir çox dünya dövlətlərinin etirazına rəğmən, Türkiyə sərhədlərində təhlükəsizliyin təmin olunması və Suriya ərazisində əminamanlığın bərqərar edilməsi, terror yuvalarının məhv edilməsi və dinc əhalinin yurd-yuvasına dönməsi məqsədilə başlatdığı "Sülh çeşməsi" əməliyyatını uğurla davam etdirir.

Baki-xeber.com

Son xəbərlər