12/12/2019 03:37
728 x 90

Məhkəmə “Rusiya işi”ndə adı hallanan Trampın müşavirini 7 maddə ilə günahkar bildi, Tramp üsyan etdi – “…ikili standartdır"

img

Seçki kampaniyası zamanı ABŞ prezidenti Donald Trampın müşaviri vəzifəsini icra edən və Rusiya istintaqında adı hallanan Roger Stouna "Konqresə yalan ifadə vermək" və "ədalətə mane olmaq" kimi maddələrlə iddia qaldırılıb.

Baki-xeber.com xəbər verir ki, Vaşinqton Məhkəməsindəki münsiflər heyəti, ABŞ-da Rusiya istintaqı çərçivəsində yanvar ayında tutulan və daha sonra girov müqabilində sərbəst buraxılan Stounla bağlı qərarını açıqlayıb.

Münsiflər heyəti Stounu "Konqresə yalan ifadə vermək", "ədalətə mane olmaq" və "şahidlərin gözünü qorxutmaq" da daxil olmaqla yeddi maddə ilə günahkar bilinir.

Tramp Twitter hesabından iddialara cavab verib: "İndi Roger Stounu yalan danışmaqda günahkar bilirlər və onu illərlə həbsə göndərmək istəyirlər".

Hillary Klinton, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff, xüsusi prokuror Robert Muellerin yalan danışdığına işarə edən Tramp, onların taleyinin nə olacağına dair sual ünvanlayıb. "Bu ölkəmiz tarixdə əvvəllər görünməmiş ikili standartdır" - Tramp deyib.

Stoun yanvar ayında Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etdiyi iddialarını araşdıran xüsusi prokuror Robert Mueller tərəfindən aparılan istintaq çərçivəsində həbs edilmişdi.

İttiham aktında Stone, Trampın seçkilərdə rəqibi Hillari Klintonun təşviqat meneceri Con Podestanın Rusiya hakerləri tərəfindən ələ keçirilən və Wikileaks-də yayımlanan elektron poçt yazışmaları ilə bağlı ittiham edilirdi. Prokuror Mueller, Stounun Wikileaks-in əlindəki məlumatlardan xəbərdar olduğunu iddia edirdi.

Son xəbərlər