Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
12/12/2019 03:36
728 x 90

Ərdoğan Amerika səfərində Qərbin "Sülh çeşməsi" ilə bağlı “kürd iddialarına” daha detallı izah verdi

img

“Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə təcavüz və hücumlarını davam etdirən PKK/YPG terrorçularına özünümüdafiə hüququ çərçivəsində lazımi cavab verilir. Kürdlər, ərəblər, xristianlar və yezidilər də daxil olmaqla, heç bir etnik və dini qrup hədəf alınmayıb və alınmayacaq”.

Baki-xeber.com-un Türkiyə Səfirliyinin Mətbuat Müşavirliyindən aldığı xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Sülh çeşməsi” əməliyyatı ilə bağlı yaydığı açıqlamada deyilir. Nazirliyin əməliyyatın keçirildiyi bölgədə heç bir etnik və dini qrupun hədəf alınmadığı deyilən açıqlamasında daha sonra  Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də ABŞ-a etdiyi səfər zamanı “Dəyirmi Ofisdə” (Oval Ofis) amerikalı səlahiyyətlilərə müraciətində məsələyə daha detallı aydınlıq gətirdiyi bildirilir. Türkiyə Prezidenti həmin görüşdə deyib:“Hörmətli Obama dövründə Kobanidən ölkəmə sığınan kürdlərin sayı 350-360 min olub. Onları heç kim qəbul etmirdi, ancaq biz qəbul etdik. Geyim, ərzaq, sağlamlıq və təshillə bağlı bütün ehtiyacları bizə aiddir. Heç kimin onlara iqtisadi dəstəyi yoxdur. Ancaq sizin ‘kürd’ deyə bəhs etdiyiniz yəqin PYD/YPG-dir. Bunlar terror təşkilatlarıdır və PKK-nın törəmələridir. Mən sizə xüsusilə bəzi sənədləri vermək istəyirəm. Fərhad Abdi Şahin separatçı terror təşkilatının Apo adlanan terrorçubaşının əslində mənəvi övladıdır. Əlbəttə, bunları xüsusilə bilmək lazımdır.

Hazırda 4 milyon qaçqının 3 milyon 650 mini ərəb, xaldey, xristian, 350 mini isə kürddür. Ümumilikdə dörd milyon. Biz bu günə qədər 40 milyard dollar xərcləmişik. Avropadan isə bizə bu müddət ərzində, təəssüf ki, cəmi 3 milyard avro gəlib. O da bizim dövlət büdcəmizə deyil, QHT-lər vasitəsilə Türk Qızılayı və AFAD-a edilən yardımdır”.  

Baki-xeber.com

Son xəbərlər