14/12/2019 11:19
728 x 90

ABŞ tarixində ilk… Trampın impiçmenti ilə bağlı açıq dinləmələr başladı

img

ABŞ prezidenti Donald Trampın impiçmenti prosedurunun başlamasından 6 həftə sonra ictimaiyyətə açıq tarixi dinləmələrə start verilib. Baki-xeber.com xəbər verir ki, dinləmələr ABŞ tarixində ilk dəfə televiziyalardan canlı yayımlanacaq. Trampın iddiaları rədd etdiyi araşdırmada ABŞ prezidenti Ukrayna ilə münasibətləri şəxsi maraqları baxımından istifadə etməkdə ittiham olunur.

Demokratların rəhbərlik etdiyi dinləmələrdə üç ABŞ diplomatının ifadə verəcək. Diplomatlardan ikisi ifadələr vermədən əvvəl and içib.

Dinləmələrin sonunda Nümayəndələr Palatası ABŞ-ın 45-ci prezidentinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub-olunmayacağına dair müzakirələr aparacaq və səsverməyə çıxaracaq. Trampın impiçmenti qərarı dinləmələrdən sonra veriləcək, bünün üçün əksəriyyətin "bəli" deməsi yetərlidir. ABŞ Nümayəndələr Palatasının araşdırmasına liderlik edən Demokratların çoxluq təşkil etməsi bu ehtimalı gücləndirir.

Daha sonra isə işi Senat araşdıracaq. Senatdakı dinləmələrdən sonra Trampın vəzifədən getməsi üçün üçdə iki səs çoxluğu tələb edilir. Senatda respublikaçıların çoxluqda olması bu son addımda Demokratların işini çətinləşdirəcək.

İstintaqın mərkəzində Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı dayanır. Prezident Ukraynadan rəqibi Co Bayden və onun oğlu barədə məlumat toplamasını istəməkdə ittiham olunur. Bu səbəblə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff məhkəmə qərarı ilə bununla bağlı əlavə məlumat tələb edib.

Dinləmələrdən bir neçə saat əvvəl prezident Tramp impiçment səylərini onun 3 illik prezidentliyinə hədə olduğunu deyib. ABŞ dövlət başçısı bildirib ki, "nəyə görə məlumatı ikinci və ya üçüncü əldə alan şahidlərdən ifadə alınır. Onların əksəriyyəti və vəkilləri Trampa nifrət edənlərdir. Transkripti oxumaqla Ukryana prezidenti ilə danışıqlar barədə birinci əl məlumatı əldə etmək olar" - deyə, prezident tvitlərin birində yazıb.

Nümayəndələr Palatası oktyabrın 31-də prezident Donald Trampın impiçment prosesinin rəsmiləşdirilməsinə səs verib.

İmpiçment araşdırmasına dair qətnamə 232-196 səslə təsdiq edilib. Səsvermədə respublikaçıların hamısı, demokratlardan isə ikisi qətnamənin əleyhinə səs verib.

Bu impiçment prosesi ABŞ tarixində dördüncüdür. 243 il ərzində bu ölkədə 19-cu əsrin ortalarında Endrü Conson, 20-ci əsrdə isə Bill Klintona qarşı impiçment prosesi açılmışdı. İmpiçmentə görə Riçard Nikson istefa verməli olmuşdu.

Son xəbərlər