Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə sülh və əminamanlıq gətirmək məqsədilə başlatdığı "Sülh Çeşməsi" əməliyyatının hədəflərindən biri olan suriyalıların geri dönüşü reallaşır.
Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Koordinasiya Mərkəzinin sözcüsü Jens Laerke 23 oktyabrdan bu yana "Sülh Çeşməsi" əməliyyatının keçirildiyi bölgəyə 74 min Suriya vətəndaşının geri döndüyünü bildirib. Anadolu Agentliyinə (AA) verdiyi müsahibədə J.Laerke deyib: “Türkiyənin əməliyyat keçirdiyi Suriyanın şimal-şərqində başlanğıcda 180 min vətəndaşın yerindən-yurdundan edildiyi bildirilmişdi. Bunların 106 mini hələ qayıtmayıb, ancaq təxminən 74 min suriyalı geri dönüb.”
Xatırladaq ki, "Sülh Çeşməsi" əməliyyatı Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə sülh ve əminamanlıq gətirmək məqsədilə 9 oktyabrda başladılıb. 17 oktyabrda Türkiyə ilə ABŞ arasında "Sülh Çeşməsi" əməliyyatı ilə bağlı 13 maddəlik ortaq bəyanat hazırlanıb.