Pakistanın Pəncab ştatında üç vaqonunda yanğın başlayan sərnişin qatarında 62 nəfər həlak olub, onlarla insan xəsarət alıb. Baki-xeber.com xəbər verir ki, qatar Kəraçidən Ravalpindi şəhərində gedirmiş.
Yanğın qatarın üç vaqonunu əhatə edib. Güclü yanğın və partlayışlar nəticəsində ölənlərin sayının 62-ə çatdığı bildirilir. İlkin məlumata görə, yanğının səbəbi qatarın yeməkxanasında qaz balonunun partlaması olub. Sərnişinlərin bir çoxu hərəkətdə olan qatardan tullanarkən xəsarət alaraq ölüb.
Xilasetmə əmliyyatına Pakistan ordusu da qoşulub.