ABŞ terror təşkilatı İŞİD-ə qarşı ikinci əməliyyatı keçirib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İŞİD başçısı Əbubəkr əl-Bağdadinin öldürülməsindən sonra onun yerinə keçən adamın da öldürüldüyünü sosial mediadan açıqlayıb.
Bağdadinin ölüm xəbərini “Çox böyük bir şey oldu” dedikdən sonra sosial media açıqlayan Tramp bu dəfə İŞİD-in ikinci adamının da xüsusi əməliyyatla öldürüldüyünü bildirib.
"Bağdadinin yerinə keçməsi ehtimal olan adam da ABŞ əsgərləri tərəfindən zərərsizləşdirildi. Yəqin ki, təşkilatın yeni lideri olacaqdı. Artıq o da öldü" - ABŞ prezidenti bildirib.
Tramp öldürülən şəxsin adını söyləməyib. Ancaq sonradan öldürülən terrorçunun terror təşkilatının sözcüsü Əbu əl-Həsən əl-Muhacir olduğu açıqlanıb. Ağ Evdən rəsmi şəxslərdən biri Anadolu Agentliyinə Trampın bəhs etdiyi şəxsin İŞİD sözçüsü Muhacir olduğunu təsdiqləyib.
Vaşinqton oktyabrın 28-də terror təşkilatının sözcüsü Muhacirin öldürüldüyünü açıqlamışdı.