ABŞ Konqresinin alt palatası saxta "erməni soyqırımı"nı tanıyan qanun layihəsini qəbul edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Nümayəndələr Palatasının qəbul etdiyi sənəd ABŞ Senatında səsverməyə çıxarılacaq.
Bu ilin 11 aprel tarixində Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri və Kaliforniyadan seçilmiş demokratlar Adam Şiffin təqdim etdiyi qətnamə layihəsində, “Nümayəndələr Palatasının saxta "erməni soyqırımı"nı tanıması və anmağı ABŞ siyasətinin tərkib hissəsi kimi gördüyü” ifadə edilmişdi.
ABŞ Nümayəndələr Palatasının bu qərarı 29 oktyabrda Türkiyədə Cümhuriyyət bayramının ildönümü günü qəbul etməsi diqqət çəkir.