Amerika Birləşmiş Ştatlarının Livan ordusuna verdiyi silahların “Hizbullah” tərəfindən Suriyada istifadə edildiyi iddia edilir.
Baki-xeber.com “Haaretz” qəzetinə istinadən xəbər verir ki, adı açıqlanmayan yüksək rütbəli bir israilli hərbçi Təl Əvivdə keçirilən bir yığıncaqda, ABŞ-ın Livan ordusuna göndərdiyi silahların “Hizbullah” tərəfindən Suriyada istifadə edildiyini sübut edən dəlilləri Amerika rəhbərliyinə təqdim etdiklərini deyib.
Dəlillər arasında "Hizbullah” əsgərlərinin Suriyada ABŞ silahlardan istifadə edərkən çəkilmiş şəkilləri də olub.
Onu da qeyd edək ki, "Hizbullah” Suriyada Əsəd rejimini dəstəkləyir və onun əleydarlarına qarşı döyüşür.