Rumıniyanın yeni baş naziri müsəlman qadın ola bilər. Baki-xeber.com xəbər verir ki, 11 dekabr parlament seçkisində qalib gəlmiş Sosial Demokrat Partiyasının lideri Liviu Dragnea Sevil Shhaidehin baş nazir olmasını təklif edib.
Sevil Shhaidehin həm də tatar türkü olduğu bildirilir. Təklif Rumıniya prezidenti Klaus Iohannis və parlament tərəfindən qəbul ediləcəyi halda 52 yaşlı Shhaideh Rumıniyanın həm ilk qadın, həm ölkənin azsaylı müsəlman icmasından çıxmış ilk müsəlman, həm də türk baş naziri olacaq.
Sosial-demokratlar seçkidə qələbəsi kiçik səs fərqi ilə mümkün olub və buna görə də onlar hökumət kabinetini kiçik liberal ALDE partiyası ilə koalisiyada quracaqlar. Partiyanın lideri lideri Liviu Dragnea seçki manipulyasiyasında ittiham edildiyinə görə baş nazir ola bilməyəcək. Rumıniya qanunlarına görə, isə cinayət məsuliyyəti olan şəxs yüksək dövlət və hökumət postu tuta bilməz. Buna baxmayaraq Dragnea deyib ki, siyasi idarəetmə və məsuliyyət onun üzərində olacaq. Belə söhbətlər də dolaşır ki, Dragnea tezliklə qanunvericilikdə dəyişikliyə nail olaraq baş nazir postuna yiyəlməyə çalışacaq.
Dragnea da Shhaideh kimi ölkənin müsəlman icmasındadır və bu iki siyasətçinin ailəliklə yaxın olduqları bildirilir. Dragnea Shhaidehin nikahı bağlanarkən onun şahidi olub. Xanım Shhaidehin əri Suriyada doğulub və uzun müddət Rumıniya Kənd Təsərrüfatı Nazirliyində vəzifədə olub.
Rumıniyanın tanınmış politoloqlarından Serqiu Miskoiu deyib ki, Sevil Shhaidehin baş nazirliyi bir növ formal olacaq, çünki bütün siyasi qərarlar Dragnea səviyyəsində qəbul ediləcək. Məhz buna görə də Dragnea cinayət məsuliyyətinə baxmayaraq partiyadakı liderliyini əldən buraxmır. O prezident Trayan Baseskunun impiçmentinə dair referendumda nüfuzundan sui-istifadə etdiyinə görə iki il şərti həbs cəzası alıb.
Onu da qeyd edək ki, müsəlmanlar Rumıniya əhalisinin 0, 3 faizini təşkil edirlər.