Rusiya və ABŞ arasında hazırkı münasibətlər kəskin inamsızlıq səviyyəsi ilə xarakterizə olunur. Trend RİA Novosti agentliyinə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, kəskin inamsızlıq təəssüf ki, ABŞ və Rusiya arasında ikitərəfli münasibətləri müşayiət edir: "Bu münasibətlər hazırda acınacaqlı vəziyyətdədədir. Prezident Putin davamlı olaraq çalışır ki, münasibətlər bu vəziyyətdən çıxsın”.