Ankara, İzmir və Aydın vilayətlərində Rusiyanın Türkiyədəki səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb. Bu barədə Trend NTV telekanalına istinadən məlumat verir.
Bundan əvvəl qatilin 6 qohumunun saxlanıldığı bildirilirdi.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.