İŞİD terrorçuları Suriyanın şimalında türk ordusuna aid səhra xəstəxanasının olduğu yerə hücum edib. APA-nın “Hürriyet”ə istinadən yaydığı məlumata görə, türk əsgərləri arasında həlak olan və yaralananlar var. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.
Hadisə Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsinə yaxın yerdə baş verib.
Əl-Bab şəhəri ətrafında İŞİD terrorçularının hücumu nəticəsində 4 türk əsgəri həlak olub. Hadisə zamanı 15 əsgər yaralanıb.
Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Hazırda əməliyyatın 120-ci günüdür.