Fəthullah Gülən ABŞ-dakı prezident seçkilərində uduzan Demokrat namizəd Hillari Klintonun seçki kampaniyasına milyonlarla dollar xərcləyib. Baki-xeber.com xəbər verir ki, bu açıqlama ilə Gülənlə bağlı xaricdəki işlərdə Türkiyəni təmsil edən beynəlxalq vəkil Robert Amsterdam çıxış edib.
Fətullahçı Terror Təşkilatının (FETÖ) beynəlxalq fəaliyyətlərini araşdıran London mərkəzli “Amsterdam & Partners” hüquq firmasında işləyən Robert Amsterdam “Sputnik”ə açıqlamasında ABŞ-ın Pensilvaniya ştatında yerləşən gülənçilərin dünya üçün tədid olduğunu deyib: "Demokratlar, sistemlərinə rus hakerlərin sızmasından danışmaqdansa, Gülənlə bağlı danışsalar yaxşı olar. Hillari Klintona kömək etmək istəyən Gülən, prezidentliyə namizədin kampaniyasına milyonlarla dollar köçürüb. Bu, milyardlarla dollarlıq, beynəlxalq cinayət şəbəkəsi və eyni zamanda dünya üçün də real bir təhdiddir".