Berlində ötən gün axşam saatlarında törədilən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Baki-xeber.com xəbər verri ki, Almaniya prokurorluğu 12 nəfərin ölümü ilə nəticələnən və Milad bazarında yük maşını ilə törədilmiş hücumun arxasında, hadisədən sonra saxlanılmış şəxsin olmasından əmin olmadığını deyir. Rəsmi açıqlamalara görə, saxlanan şıxs ittihamları rədd edib və haqqında yetərli dəlil olmadığına görə sərbəst buraxılıb. Bildirlir ki, indiyə kimi şübhəlinin TIR içində olduğuna dair dəlil tapılmayıb.
Qeyd edək ki, saxlanan pakistanlı, 12 nəfərin öldüyü, 18-nin ağır 48 nəfərin yaralandığı hadisənin ardından Milad bazarına girən TIR sürdüyü iddiası ilə tutmuşdu.
İndi isə hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.