Rusiyanın Ankaradakı səfirinin öldürülməsindən sonra Türkiyənin Moskvadakı diplomatik nümayəndəliyinin binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Səfirliyi hazırda polis əməkdaşları mühafizə edir.
Diplomatik nümayəndəliyinin binasının qarşısında gül və şamlar düzülüb.