Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmən iyulun 31-nə kimi uzadıb.
Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının açıqlamasında deyilir. Avroittifaq nümayəndələri verilən qərarı Rusiyanın Minsk razılaşmasına əməl etməməsilə izah ediblər. Bu barədə 19 dekabr 2016-cı il tarixində Şurada imzalanan kommünikedə də bildirilir.
Rusiya tərəfi isə sanksiyaların uzadılması qərarının Minsk razılaşması ilə əlaqələndirilməsini absurd adlandırıb. Belə ki, Moskva Ukrayna münaqişəsində özünü tərəf saymır.
Sanksiyaların uzadılmasına cavab olaraq isə Rusiya bir neçə Qərb ölkəsinə sənaye mallarının importuna qadağa qoyub. Bu sıraya ət, kolbasa məhsulları, meyvə-tərəvəz və süd məhsulları da aid edilir.
Xatırladaq ki, 2015-ci ilin iyununda Rusiya bu məhsulların ixracına 1 illik qadağa qoymuşdu. Hazırda isə həmin müddət 2017-ci ilin 31 dekabrına kimi uzadılıb.