ABŞ ştatlarında güclənən “müstəqillik” tərəfdarları öz siyasətlərini ölkə sərhədlərindən kənara çıxmağa başlayır. Baki-xeber.com xəbər verir ki, ABŞ-da separatçıların Kaliforniyada olan "Yes California! ' hərəkatı Rusiyada səfirlik açmağa hazırlaşır.
Bu barədə “Washington Times” qəzeti məlumat yayıb. Qəzet yazır ki, ABŞ-dan ayrılmaq tərəfdarı olan 'Yes California!' hərəkatının lideri Louis Marinelli, səfirliyin açılması üçün Moskvaya gedib. Marinelli bundan əvvəl əyalətin ABŞ-dan ayrılması üçün referendum planlaşdırdıqlarını açıqlamışdı və referendumun təşkil edilməsi üçün yerli orqanlara müraciət etmişdi.
Kaliforniya və ingiliscə çıxış mənasını verən “Exit” sözlərinin birləşdirilməsi ilə yaradılan “Calexit” sözü İngiltərənin AB-dən ayrılması üçün keçirilən və qəbul edilən “Brexit” adlı referendumdan götürülüb.
'Yes California!' hərəkatı əyalətin iqtisadiyyat, miqrasiya, ekologiya və təhsil kimi sahələrdə maraqlarına ABŞ-ın zərər verdiyini və bunu üçün də müstəqil olmalarının daha yaxşı olacağı fikirindədir.
Onu da qeyd edək ki, Kaliforniyadakı seçicilərin əksəriyyəti son ABŞ prezident seçkilərində Trampın Demokrat rəqibi Hillari Klintonu dəstəkləmişdi.
Indi Rusiyada açılan səfirliyə ABŞ-ın rəsmi dairələrinin reaksiyası maraq doğurur.