Milyon nəfərdən artıq dinc sakin Mosulda blokada vəziyyətində qalıb.
Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, bu barədə Oxfam beynəlxalq insan hüquqları təşkilatının təmsilçisi Kay Tabaçek RT-yə açıqlamasında deyib. Onun sözlərinə görə, iki aydır şəhərin azad olunması ətrafında əməliyyatlar aparılsa da, blokada vəziyyətində qalmış insanların hər an snayper hədəfinə tuş gəlmə ehtimalı var və o üzdən bütün konflikt tərəfləri oların təcili şəkildə şəhərdən çıxarılması üçün təhlükəsizlık tədbirləri görməlidir.
Xatırladaq ki, Oxfam özündə 17 beynəlxalq təşkilatı birləşdirir və dünyanın 90 ölkəsində fəaliyyət göstərir. Birliyin əsas məqsədi isə bütün dünyada yoxsulluğa və ədalətsizliyə qarşı mübarizədir.