İran prezidentinin müşavini və İran Atom Enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi Tehranın, “lazım bildikləri təqdirdə”, nüvə fəaliyyətlərinə yenidən başlaya biləcəyini deyib.
Baki-xeber.com-un “Yeni Şafak” qəzetinə istinadən xəbərinə görə, cümə axşamı İranıç “Kanal 2” televiziyasına açıqlamasında Salehi Tehranın yeni nüvə müzakirələrinə başlaya biləcəyini deyib. O bildirib ki, ABŞ-ın sözügedən mövzuya dəyişən yanaşması bu anlaşmanın şərtlərinin daha kəskin olması zərurətini ortaya qoyur. Bunun bir dərs olduğunu deyən Salehi “lazım bildikləri təqdirdə” İranın yenidən nüvə fəaliyyətlərinə başlaya biləcəyini vurğulayıb.