Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiyanın Balkanlara təhdid olması barədə xorvatlardan eşitmək təəccüblüdür.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, daha öncə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, Balkanlarda hərbi münaqişənin qızışması mümkündür, çünki Rusiya aktiv şəkildə regiondakı hadisələrə təsir edir. Lavrov deyib ki. Xorvatiya prezidenti ilə tanışdır və hətta aralarında onun xarici işlər naziri işlədiyi dövrdən normal dost münasibəti də var. Üstəlik, Xorvatiya da daxil olmaqla, Rusiya bütün Balkan və Avropa qitəsi ölkələrilə dostluq münasibətləri qurmağın marağındadır. O üzdən xanım prezidentin sözügedən açıqlaması Rusiya tərəfində təəccüb doğurub.
Lavrov deyib ki. Zaqreb deyilən məsələdə konkret fakt göstərərsə, Moskva onu müzakirə etməyə hazırdır.
Xatırladaq ki, daha öncə Rusiya XİN-dən Xorvatiya hökumətində Ukrayna ilə əməkdaşlığın yoluna qoyulması ilə bağlı işçi qrupun yaradılmasının Moskvanı narahat etdiyi açıqlanmışdı.