Suriya ordusu şərqi Hələbi tam nəzarət altına alıb. Baki-xeber.com xəvər verir ki, müxaliflər də artıq sosial şəbəkələrdə Əsəd ordusunun bölgəni sürətlə ələ keçirdiklərini xəbər verir.
Məlumata görə, silahlıları Firdous bölgəsindən sıxışdırıb çıxarmaqla Hələb şəhərinin şərq hissəsi tamamilə Əsəd ordusunun nəzarəti altına keçib.
Rusiya mətbuatı şəhərin qərb hissəsində insanların küçələrə axışaraq ordunu alqışladığını yazır. Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.
Ordu rəhbərliyi bəyan edib ki, bölgədə sıxışdırılan digər silahlılar ya təslim olacaq, ya da məhv ediləcək.