“İslam dövləti” terror təşkilatı Suriyanın antik şəhəri Palmiranı yenidən ələ keçirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” yerli “Amaq” agentliyinə istinadən xəbər yayıb. Xəbərə görə, Rusiya HKQ hava zərbələrilə terrorçu qruplaşmanı şəhəri tərk etməyə vadar etsə də, onlar şəhərdən çox aralanmadan yaxın ətraflarda mövqe tutublar. Hava zərbələri səngidikdə isə əvvəlcə Palmira yaxınlığında bir qəsri, daha sonra şəhərin özünü yenidən tutublar.
Rusiya Müdafiə Nazirliyi isə hava əməliyyatı zamanı 300-ə yaxın terrorçunun məhv edildiyini açıqlayıb.