Cənubi Karolinadan respublikaçı senator Lindsi Qrem “The Washington Post”-da yer alan bir yazının ardından Rusiyaya sərt tənqid ünvanlayıb.
Baki-xeber.com-un xəbərinə görə, yazıda iddia olunur ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Moskvanın Donald Trampın prezident seçilməsinə yardım etdiyinə əmindir. “Rusiyanın nəyə can atdığını bilmək üçün Şerlok Holms olmağa gərək yoxdur. Onlar bütün dünyada demokratiyanın onurğasını qırmağa çalışır”- deyə o, özünün tvitter səhifəsində yazıb.
Bununla belə, senator Qrem seçkiləri legitim saydığını bildirib.