Mosulda 90-a yaxın İraq hərbçisi ABŞ HHQ-nin səhvinin qurbanı olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli KİV İraq ordusunun qərargahındakı mənbəyə istinadən xəbər verib.
Xəbərə görə, daha 100 nəfər isə yaralanıb.
Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına 17 oktyabrda başlanıb. Əməliyyatda İraq hərbçiləri, kürd qüvvələri, həmçinin, ABŞ başda olmaqla koalisiya qüvvələri iştirak edir.
“Factiniraq” portalının xəbərinə görə, ABŞ HHQ-nin yanlış hava zərbələri nəticəsində İraqın xeyli sayda hərbi texnikası da sıradan çıxdığından, hərbçilər olduqları rayondan geri çəkilmək məcburiyyətində qalıb.