ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında dövlət katibi postuna ən şanslı namizəd bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, “The Wall Street Journal” bu kontekstdə “ExxonMobil” neft korporasiyasının direktoru Reks Tillersonun adı üzərində dayanıb. Respublikaçılar partiyasındakı mənbənin nəşrə verdiyi xəbərə görə, 64 yaşlı Tillerson, digərlərinə nisbətən, partiyanın Tramp komandası üçün ən şanslı namizədi sayılır.
Xəbərdə deyilir ki, Tramp və Tillerson arasında həftənin ikinci günü görüş olub. Görüşün davamının bu həftə sonu olacağı bildirilir. Tramp deyib ki, Dövlət Departamentinə başçı təyin etməsilə bağlı rəsmi açıqlama yaymaq fikrindədir. Lakin bəzi mənbələr Trampın bu post üçün son seçim etmədiyini bildirir. Belə ki, sözügedən posta namizədlər sırasında MKİ-nin keçmiş direktoru Devid Petreus və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltonun da adı hallanır. Tillersona gəldikdə isə, pensiya yaşına cəmi bir ili qalmış iş adamının varidatı milyon dollarlarla ölçülür.