ABŞ prezidenti Barak Obama son prezident seçkilərinə kiberhücum və xarici müdaxilə iddialarının araşdırılması ilə bağlı təlimat verib. Baki-xeber.com xəbər verir ki, Obamanın təlimatını Ağ Ev Milli Təhlükəsizlik və Terrorla Mübarizə müşaviri Lisa Monako açıqlayıb.
Monako Obamanın əmrilə ölkənin kəşfiyyat qurumlarının seçkilərlə bağlı iddiaları araşdıracağını və bununla bağlı hesabat hazırlayacağını deyib: "Prezident 2016 seçkilərində nələr yaşandığının tam olaraq araşdırılması, bundan dərs çıxarılması və nəticələrin Konqresin də aralarında olduğu əlaqədar qurumlara bildirilməsi üçün kəşfiyyat təşkilatlarına təlimat verib".
Araşdırma Obamanın postunu təhvil verəcəyi tarixə - 20 yanvar 2017-ci ilə kimi tamamlanacaq və hesabat Konqreslə də paylaşılacaq.
Kiberhücumların yeni bir şey olmadığına deyən Monako, ancaq builki seçkilərdə daha ciddi şübhələrin olduğunu ifadə edib.
Monako 2008-ci ildə ABŞ Federal Araşdırma Bürosunda (FTB) çalışarkən, o dövr keçirilən seçkilərdə namizədlər Barak Obama və senator Con Makkeynin apadığı seçki kampaniyalarına Çinin sızdığının bildirildiyini xatırladaraq deyib ki, 2008-ci ildə və bu son seçkilərdə ciddi tədbirlər görüldü.
Qeyd edək ki, ABŞ oktyabr ayında Demokrat Partiya təşkilatlarına və seçki kampaniyalarına kiberhücumla əlaqədar Rusiyanı günahlandırmışdı.