Rusiyanın Əfqanıstanda “Taliban”la danışıqlar apardığı təsdiqlənir. Baki-xeber.com xəbər verir ki, Moskvanın “Taliban”la əlaqə qurduğuna dair iddialara münasibət bildirən Rusiyanın Kabildəki səfiri ölkəsinin Əfqanıstandakı siyasi nümayəndəlikləri və Orta Asiyanın təhlükəsizliyi üçün “Taliban”la əlaqə yaratdıqlarını deyib.
Səfir Aleksandr Mantitski ABŞ, İngiltərə, Almaniya, İtaliya, İran, Pakistan və Çin kimi ölkələrin də “Taliban”la təmas qurduqlarını iddia edib. Onun sözlərinə görə, ABŞ-ın terrorla mübarizə mövzusunda Əfqanıstanda müvəffəqiyyətli ola bilməyib.
İŞİD-in son günlər Əfqanıstanda artan fəaliyyətindən Rusiyanın narahat olduğunu dilə gətirən Mantitski, bu təşkilatın yalnız Əfqanıstanı deyil, Orta Asiyanı da təhdid etdiyini deyib.
Bundan əvvəl Əfqanıstandakı NATO generalı Con Nikolson, Rusiya və İran əlaqələrinin “Taliban”ı bölgədə sabitliyi poza biləcək bir mövqeyə gətirə biləcəyini deyib.