Bağdadın cənubundakı Süveyb bölgəsində bir heyvan bazarı yaxınlığında meydana gələn partlayışda 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Bağdad polisinin yüksək rütbəli məmuru Hatim el-Cabiri xəbər verib. Lakin xəbərə görə, partlayış tək sözügedən ərazidə olmayıb. Belə ki, Bağdadın En-Nehrevan rayonunda şiələrin dini mərasim icra etdiyi ərazinin də yaxınlığında 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən partlayış törədilib. Eyni anda daha bir partlayış isə şəhərin Seyyidiyyə məhəlləsi səmtində ticari dükanların önündə törədilib. Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.