Pakistanın “Neo News” kanalı, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla bağlı maraqlı bir iddia irəli sürüb.
Baki-xeber.com xəbər verir ki, kanal Trampın pakistanlı bir ailənin uşağı olduğunu və adının da Davut İbrahim Xan olduğu iddia edib. Qeyd edilir ki, kiçik Tramp ailəsini bir yol qəzasında itirib.
Aparıcı bildirir: "İnanın, ya da inanmayın prezident Donald Tramp, Pakistanda doğulub, Amerikada doğulmayıb". Xəbərdə sarışın bir uşaq fotoşəkili də nümayiş etdirilib və bunu Trampın uşaqlıq şəkili olduğunu iddia edilib.
Bildirilir ki, Tramp ailəsini yol qəzasında itirəndən sonra hind əslli bir ingilis kapitan tərəfindən Londona gətirilib. Daha sonra da bir ailəyə övlad edilən Tramp 1955-ci ildə ABŞ-a aparılıb.
TAHİR